2 
Okt
2023
12:42
78
9
2037
yuxarı
Rekordlar təkrarlandı: “Qarabağ” “Neftçi”yə çatdı
2 Okt, 2023
12:42
2037
78
9
Rekordlar təkrarlandı: “Qarabağ” “Neftçi”yə çatdı
“Qarabağ” Azərbaycan Premyer Liqasının VIII turunda “Sumqayıt”a 5:0 hesabı ilə qalib gəlib.
Peşəkar Futbol Liqasından verilən məlumata görə, bu, Ağdam klubunun Azərbaycan çempionatlarında 138-ci böyükhesablı qələbəsi olub.
Bölgə təmsilçisi bu göstəricidə rekordçu olan “Neftçi”yə çatıb. Bakılılar da eyni sayda matçda böyük hesaba seviniblər.
“Qarabağ” həm də öz meydanında qazanılan belə qələbələrin sayında “Neftçi”yə çatıb. Hər iki komanda evdə 89 dəfə üç və ya daha çox top fərqi ilə qalib gəlib.
Qeyd edək ki, ağdamlılar ölkə çempionatlarında ilk böyükhesablı qələbəsini 1992-ci il mayın 6-da Kürdəmir “Şirvan”ı ilə qarşılaşmada əldə edib - 6:0.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək