Okt
2023
12:26
109
18
875
Virtual karabakh

Rəşad Sadıqov Azərbaycan çempionatında baş məşqçi kimi 100-cü oyununu keçirib

2 Okt, 2023
12:26
875

Rəşad Sadıqov Azərbaycan çempionatında baş məşqçi kimi 100-cü oyununu keçirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəşad Sadıqov Azərbaycan çempionatlarında baş məşqçi kimi 100-cü oyununu keçirib.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, yalnız bir klubda çalışan 41 yaşlı mütəxəssis bu matçların hamısında “Zirə”nin “sükanı arxası”nda olub.

Onun yubileyi Azərbaycan Premyer Liqasının VIII turunda gerçəkləşib. “Araz-Naxçıvan”la səfər görüşündə mütəxəssisin yetirmələri 0:1 hesabı ilə uduzublar.

2020-ci ilin yayından qəsəbə klubuna rəhbərlik edən Sadıqov 2020/21 və 2021/22 mövsümlərinin hərəsində 28, ötən çempionat 36 görüşün iştirakçısı olub. Cari mövsümün 8 qarşılaşmasını da nəzərə alsaq, mütəxəssis bu matçlarda 39 qələbə, 34 heç-heçə və 27 məğlubiyyətə şahid olub.

Qeyd edək ki, Sadıqov Azərbaycan çempionatları tarixində ən azı 100 matçda baş məşqçi olan 30-cu mütəxəssisdir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri