11 
İyn
2015
11:50
101
28
4211
Virtual karabakh

Bakı 2015-də komandamız arenaya sonuncu daxil olacaq

11 İyn, 2015
11:50
4211

Bakı 2015-də komandamız arenaya sonuncu daxil olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yarış zamanı məğlub olan atlet 1 gün sonra kəndi tərk edəcək”.

Azərbaycan nümayəndə heyəti açılış mərasimində arenaya sonuncu daxil olacaq.

Oxu.Az buro247.az saytına istinadən xəbər verir ki, bu sözləri Avropa Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva deyib.

Könül Nurullayeva idmançılarımızın hazırlığı barədə də məlumat verib:

“Komandamızın şef-de-missionu Atletlər kəndinə köçdükdən sonra idmançılarımız üçün hər cür şərait yaradılıb. İdmançılar yarış günündən asılı olaraq Atletlər kəndinə gəlməkdə davam edir. Kənddə yaşayan idmançılar Bakı-2015 Təşkilat Komitəsinin əməkdaşları tərəfindən tərtib olunan məşq prosesinə əsasən hazırlıq keçir.

Atletlər Kəndində hər bir idmançı üçün yüksək şərait var. Burada 24 saat tibbi yardım məntəqəsi var. İki yeməkxana, kinoteatr, fitnes zalı və digər vacib şərait yaradılıb".

Könül Nurullayevanın sözlərinə görə bu gün saat 18-də Atletlər Kəndində komandaları salamlama mərasimi keçiriləcək.

Digər yarışlardan fərqli olaraq ilk Avropa Oyunlarında iştirak edəcək komandalar üçün mərasim eyni zamanda baş tutacaq. Mərasimdə Atletlər Kəndinin meri Elçin Səfərov qonaqları salamlayacaq, ardınca bütün ölkələrin bayraqları qaldırılacaq.

Qaydalar əsasən yarış zamanı məğlub olan atlet 1 gün sonra kəndi tərk edəcək.

Azərbaycan idman tarixinin ən böyük nümayəndə heyətinə məhz Avropa Oyunlarında nail olacaq. 

Könül Nurullayevanın sözlərinə görə, yarış Bakıda keçirildiyindən hər bir idmançımız mükafatçılar sırasına düşməyə çalışacaq:

"Ölkəmiz 291 idmançıyla təmsil olunur. Böyük nəticələr qazanacağımıza inam böyükdür. Hər bir idmançı doğma meydan amilindən yararlanmalıdır. Onların hazırlıq prosesi yüksək səviyyədə olub".

Azərbaycan idmançılarının idman və parad formalarını London Olimpiadasında olduğu kimi bu dəfə də məşhur İtaliya şirkəti - "Ermanno Scervino" hazırlayıb.

Könül Nurullayeva həm idman, həm də parad formalarında milli çalarların nəzərə alındığını vurğulayıb:

"Parad formasını biz azarkeşlərə açılış mərasimində nümayiş etdirəcəyik. Formanın tərtibatında milli çalarlar, əlvan rənglərə üstünlük verilib".

Komandamızın şef-de-missionu açılış mərasimində Azərbaycan nümayəndə heyətinin arenaya sonuncu daxil olacağını bildirib:

"Qaydalara əsasən təşkilatçı ölkə paraddan sonuncu keçir. Ona görə açılış mərasimində Olimpiya Stadionuna sonuncu bizim komandamız daxil olacaq. Bütün idmançılarımız fəxri tribunanın qarşısından keçəcək".

Qeyd edək ki, saat 20.15-də başlayacaq ilk Avropa Oyunlarının açılış mərasimi 3 saat davam edəcək. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri