12 
İyn
2015
19:09
204
47
14561
Virtual karabakh

Birinci Avropa oyunlarının açılış mərasiminin proqramı və ilk - FOTOLAR

12 İyn, 2015
19:09
14561

Birinci Avropa oyunlarının açılış mərasiminin proqramı və ilk - FOTOLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlham Əliyev Oyunların rəsmi şəkildə açılışını elan edəcək.

Təntənəli Avropa Oyunlarının Açılış mərasimi Azərbaycan və Avropanın idman icması üçün tarixi hadisədir. Dünyanın ən aparıcı bədii, yaradıcı və texniki komandalarını bir yerə toplamaqla Mərasimlər yaradıcı, ruhlandırıcı və yaddaqalan olacağına təminat verir.

Açılış Mərasimi Bakı vaxtı ilə saat 20:15-də Olimpiya Stadionunda keçiriləcək. Mərasim dünyamiqyaslı iki Bədii Direktor və onların xüsusi yaradıcı komandaları tərəfindən təqdim olunacaq. Açılış Mərasiminin Bədii Direktoru Dimitris Papaioannou, Afina 2004 Olimpiya Oyunlarının Açılış və Yekun Mərasimlərinin yaradıcısıdır. 

Oxu.Az-ın buro247.az-a istinadən məlumatına görə, açılış mərasimi 12 hissədən ibarət olacaq.

Salamlama: Mərasim Alim Qasımovun bədahətən ifa etdiyi muğamla başlayacaq. 50 nağaranın ritmik sədaları altında 24-dən sıfıra geriyə saymaq Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 24 illiyini göstərir. Səhnə 1000 nəfərə yaxın rəqqasənin Azərbaycanın dünyaca məşhur xalılarının şərəfinə naxışlarla işlənmiş paltarlarının ətəklərilə örtülür.

Odlar yurdu: Şeypurun sədaları prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyevanı və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini salamlayır. Azərbaycanın dövlət bayrağı qaldırılır və himni səsləndirilir.

İlk alov: Avropa Oyunlarının aprelin 26-da Atəşgah məbədində alovlandırılan, həmin gündən 1000-dən çox məşəlçinin daşıdığı, təxminən 5500 km məsafə qət edən məşəl bu axşam sonuncu məşəlçinin stadiona daxil olması ilə başa çatacaq.

Miniatürlər bağı: Dahi şair Nizaminin əlində tutduğu tərəzinin hər gözündə bir kukla fiquru var. Onlar Azərbaycan ədəbiyyatının məşhur incilərindən birinin qəhrəmanları olan nakam sevgililər - Leyli və Məcnundur. O. "Miniatürlər bağı"nın mürəkkəb elementləri və canlı rənglərilə tamaşaçıları öz dünyasına aparacaq.

Nar: Nar sevgi nişanəsi, uğurun mücəssəməsi və Azərbaycanın rəmzidir. Əlli bayraq: Bu, 50 ölkəni təmsil edən təxminən 6000 idmançı üçün ağır məşqlər dövrünün geridə qaldığını və Oyunların həyəcanının qarşıda durduğu andır. Xalqların paradı Olimpiya oyunlarını dünyaya bəxş etmiş ölkəyə hörmət əlaməti olaraq Yunanıstan öndə olmaqla başlayır. Paradı ev sahibi Azərbaycan başa vurur.

Bir bayraq: Stadiona Avropa Olimpiya Komitəsinin bayrağını Avropanın müxtəlif yerlərindən olan səkkiz tanınmış qadın və kişi idmançı gətirir. Bir bayraq Avropa Olimpiya Komitəsinin bu axşam stadiona toplaşmış 50 üzvünü təmsil edir.

Birlik: Avropa Nüvə Tədqiqatları Təşkilatı (CERn) 60 ildən çoxdur xalqları elm zəminində sülhə gətirir. Avropa Oyunları beynəlxalq birliyin idmandan qaynaqlanan yeni alovudur. Böyük adron sürətləndiricisi 100-dən çox fizik və mühəndisin cəmləşdiyi qurumun - Avropa Nüvə Tədqiqatları Təşkilatının əsas məhsuludur.

Avropa və buğa: Texnologiya dünyasından əfsanələr aləminə, Kainatın yaranışını dərk etməkdən qitəmizin adının mənşəyini anlamağadək. Əfsanəvi şərq şahzadəsinin şərəfinə adlandırılan Avropa hekayəsi yada salınır.

Oyunlar başlansın: Mehriban Əliyeva və Patrik Hikki nitq söyləyir. Ardınca prezident İlham Əliyev Oyunları rəsmə şəkildə açıq elan edir.

Mənşələr: Yazın gəlişini simvolizə edən Novruz - Azərbaycanın ən əlaçətdar bayramıdır. Novruzun ardınca Küləklər şəhəri Bakı, Yanardağ, Qobustanın hekayəsi canlanacaq.

"Yallı": Bu axşamın ifaçıları (təxminən 2000 nəfər) səhnəyə toplaşaraq, mərasimi sevinclə başa çatdırırlar. Onlar "Yallı" rəqsini oynayırlar.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri