12 
İyn
2015
23:04
583
74
28412
Virtual karabakh

I Avropa Oyunların açılış mərasimi keçirilib - FOTO

12 İyn, 2015
23:04
28412

I Avropa Oyunların açılış mərasimi keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təntənəli atəşfəşanlıq olub.

“Bakı-2015” I Avropa Oyunlarının rəsmi açılış mərasimi başa çatıb.

Oxu.Az-ın məlumatına görə, muğam ifaçısı Alim Qasımovun ifası altında “Bakı-2015” I Avropa Oyunlarının rəsmi açılış mərasimində səhnəyə Azərbaycanda yazın gəlişini simvolizə edən Novruzu, “küləklər şəhəri” Bakını, Yanardağı, Qobustan heroqliflərini təcəssüm etdirən qadın (Nərgiz Nəsirzadə) və kişi (Aydəmir Aydəmirov) çıxıblar.
 
Onların hekayəti bəşəriyyətin birliyə və anlaşmaya ehtiyacı olduğunu tərənnüm edib. 
 
Qobustan qayaüstü abidəsini canlandıran səhnə nümayiş etdirilib və kişi qayadakı daşların birinin üzərində səhnəyə çıxıb. Daha sonra səhnədə alovlu dairə nümayiş olunub. Alov söndükdən sonra kişi və qadın böyük Avropa Oyunları məşəlini alovlandırıblar
 
Ardınca təntənəli atəşfəşanlıq olub. 
 
Sonda bu axşamın 2000 ifaçısı səhnəyə toplaşaraq mərasimi sevinclə təntənəli şəkildə başa çatdırıblar. Onlar əl-ələ verərək Azərbaycanın milli rəqsi “Yallı”nı oynayıblar.

21:00

Azərbaycan paytaxtında - 68 min tamaşaçı tutumuna malik Olimpiya Stadionunda “Bakı-2015” I Avropa Oyunlarının rəsmi açılış mərasimi başlayıb.

Oxu.Az-ın məlumatına görə, açılış mərasiminin aparıcıları Murad Dadaşov və Hüsniyyə Məhərrəmovadır.

“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin məlumatına görə, açılış mərasimi üçün nəzərdə tutulan biletlərin hamısı satılıb.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri