20 
Noy
2023
02:00
50
10
2481
Virtual karabakh

AVRO-2024: Serbiya millisi final mərhələsinə vəsiqə qazanıb

20 Noy, 2023
02:00
2481

AVRO-2024: Serbiya millisi final mərhələsinə vəsiqə qazanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AVRO-2024-ün seçmə mərhələsində sonuncu - X tura start verilib.

Oxu.Az-ın məlumatına görə, doqquz oyunla A, F, G və J qruplarında mübarizəyə yekun vurulub.

Son tur ərəfəsində bu qruplarda İspaniya, Şotlandiya, Avstriya, Belçika, Macarıstan, Portuqaliya və Slovakiya final mərhələsinə vəsiqəni rəsmiləşdirmişdilər. Onlara Serbiya da qoşulub. Draqan Stoykoviçin yetirmələri evdə autsayder Bolqarıstanla heç-heçə edərək, G qrupunu 2-ci pillədə tamamlayıblar.

Azərbaycan millisinin yer aldığı F qrupunda isə Belçika 1-ci, Avstriya isə 2-ci yerlə final mərhələsinə adlayıblar.

AVRO-2024, seçmə mərhələ
X tur
19 noyabr

A qrupu
23:45. Şotlandiya - Norveç 3:3
23:45. İspaniya - Gürcüstan 3:1
Xal durumu: İspaniya - 21, Şotlandiya - 17, Norveç - 11, Gürcüstan - 8, Kipr - 0.

F qrupu
21:00. Belçika - Azərbaycan 5:0
21:00. İsveç - Estoniya 2:0
Xal durumu: Belçika - 20, Avstriya - 19, İsveç - 10, Azərbaycan - 7, Estoniya - 1.

G qrupu
18:00. Macarıstan - Monteneqro 3:1
18:00. Serbiya - Bolqarıstan 2:2
Xal durumu: Macarıstan - 18, Serbiya - 14, Monteneqro - 11, Litva - 6, Bolqarıstan - 4.

J qrupu
23:45. Bosniya və Herseqovina - Slovakiya 1:2
23:45. Lixtenşteyn - Lüksemburq 0:1
23:45. Portuqaliya - İslandiya 2:0
Xal durumu: Portuqaliya - 30, Slovakiya - 22, Lüksemburq - 17, İslandiya - 10, Bosniya və Herseqovina - 9, Lixtenşteyn - 0.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri