21 
Noy
2023
11:32
44
38
1989
Virtual karabakh

Messi tarixi rekordu təkrarlaya bilər

21 Noy, 2023
11:32
1989

Messi tarixi rekordu təkrarlaya bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Argentina millisinin kapitanı Lionel Messi tarixi rekordu təkrarlaya bilər.

“Report” xəbər verir ki, 36 yaşlı futbolçu bunun üçün DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Braziliya ilə keçiriləcək oyunda qol vurmalıdır.

O, seçmə mərhələlərdə indiyə qədər üz-üzə gəldiyi rəqiblərdən yalnız Braziliyanın qapısına yol tapa bilməyib. Ulduz futbolçu “pentakampeonlar”la matçda tilsimi qırmağı bacarsa, Cənubi Amerika zonasında seçmə mərhələlərdə bütün komandalara qol vuran 5-ci oyunçu olacaq.

Hazırda ekvadorlu Aqustin Delqado, uruqvaylılar Luis Suares, Edinson Kavani və çilili Aleksis Sançes bu rekorda şərikdirlər.

Qeyd edək ki, seçmə mərhələnin VI turunun Braziliya - Argentina görüşü noyabrın 22-də keçiriləcək. Hazırda son dünya çempionu 12 xalla turnir cədvəlinə başçılıq edir, “sambaçılar” isə 7 xalla 5-ci pillədə qərarlaşıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri