21 
Noy
2023
12:02
28
7
1067
yuxarı
Çexiya millisinin baş məşqçisi AVRO-2024-ə yüksəldikdən sonra istefa verdi
21 Noy, 2023
12:02
1067
28
7
Çexiya millisinin baş məşqçisi AVRO-2024-ə yüksəldikdən sonra istefa verdi
Çexiya millisinin baş məşqçisi Yaroslav Şilqavi AVRO-2024-ə yüksəldikdən sonra postunu tərk edib.
Bu barədə komandanın saytında məlumat verilib.
“Xoşbəxt olmağımıza baxmayaraq matçdan əvvəl qərara gəldik ki, millidə işləməyə davam etməyəcəyik. Mən bu barədə Çexiya Futbol Assosiasiyasının prezidenti Petr Fousekunu məlumatlandırdım”, - deyə mütəxəssis bildirib.
O qeyd edib ki, səbəblərdən biri də böyük təzyiq olub.
Xatırladaq ki, noyabrın 20-də Çexiya futbolçuları 3:0 hesabı ilə Moldova yığmasını məğlub ediblər. Komanda E qrupunda ikinci yeri tutub və 2024-cü il Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazanıb.
Mənbə: Lenta.ru
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər İdman xəbərləri
5 
Dek
2023
19:22
“Mançester Yunayted” bəzi KİV nümayəndələrini mətbuat konfransına buraxmadı
55
8
964
5 
Dek
2023
13:28
“Qarabağ”ın baş direktoru: “Böyük fəxrlə, şərəflə oyunumuzu Xankəndidə keçirərik”
170
6
893