24 
İyn
2015
20:59
201
28
7722
Virtual karabakh

Bakı-2015: Teymur Məmmədov finalda – YENİLƏNİB

24 İyn, 2015
20:59
7722

Bakı-2015: Teymur Məmmədov finalda – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həlledici döyüş sabah saat 19:00-da olacaq.

Bakı-2015 I Avropa Oyunlarında boks yarışları davam edir.

Oxu.Az-ın məlumatına görə, 81 kq çəkidə Azərbaycanı təmsil edən Teymur Məmmədov yarışda 4-cü görüşünə çıxıb. İndiyə qədər 3 rəqibinə heç bir şans verməyən Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu və dünya ikincisi yarımfinalda rusiyalı Pavel Silyagin önündə də uğurlu seriyasını davam etdirib. O, hər 3 raundu xeyrinə bitirərək (29:28; 29:28; 29:28), finala vəsiqə qazanan ilk boksçumuz olub.
 
Məmmədov çempionluq üçün italiyalı Valentino Manfredonia ilə üz-üzə gələcək. Həlledici döyüş sabah saat 19:00-da olacaq.

20:27

Bakı-2015 I Avropa Oyunlarında boks yarışları davam edir.

Oxu.Az-ın məlumatına görə,  yarımfinala qədər irəliləyərək, ən azı bürünc medalı özü üçün təmin edən Tayfur Əliyev (56 kq) final üçün son döyüşünü rusiyalı Bəxtovar Nazirova qarşı keçirib. 

Bura qədər iki rəqibini mübarizədən kənarlaşdıran həmyerlimizlə 3 döyüşdən qalib ayrılan Nazirovun görüşü gərgin alınıb. Lakin qarşılaşma daha təcrübəli rusiyalının xeyrinə başa çatıb – 2:1 (28:29; 29:28; 29:28).

14:06

Oxu.Az xəbər verir ki, 75 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən  Xaybuya Musalovun 1/4 final mərhələsində belaruslu  Vitali Bandarenka ilə görüşüb. 

Qarşılaşma 3-0 hesabı ilə həmyerlimizin xeyrinə çatıb. Xeybula Musalov bu qələbədən sonra yarıminala vəsiqə qazanıb.

12:50

Oxu.Az xəbər verir ki, qadınlar arasında 60 kq çəki dərəcəsində keçirilən yarışlarda təmsilçimiz Yana Alekseyevna 1/4 finalda Zinayda Dobrinina ilə döyüşüb. O qalib gələrək 1\2 finala vəsiqə qazanıb.

12:31

Bakı-2015 I Avropa Oyunlarında boks yarışları həlledici mərhələyə qədəm qoyub. 

Oxu.Az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, bu gün daha 8 çəki dərəcəsində (5 kişi, 3 qadın) görüşlər olacaq ki, onlardan 3-də 1/4 final, 5-də yarımfinallar qarşılaşmaları baş tutacaq.

Bu çəki dərəcələrində Azərbaycan yığmasının 4 boksçusu rinqə çıxacaq. 

Tayfur Əliyev (56 kq) və Teymur Məmmədov (81) 1/2, Xaybuya Musalovla (75) Yana Alekseyevna (60) isə 1/4 final görüşünü keçirəcək.

Kişilər
56 kq

Yarımfinala qədər irəliləyərək, ən azı bürünc medalı özü üçün təmin edən Tayfur Əliyev final yolunda döyüşünü rusiyalı boksçu Bəxtovar Nazirova qarşı keçirəcək. Bura qədər iki rəqibini mübarizədən kənarlaşdıran həmyerlimizlə 3 döyüşdən qalib ayrılan Nazirovun görüşü saat 19:30-a təsadüf edəcək.

75 kq

1/8 final mərhələsində fransalı Kristian Assomo-Hallier Mbilliyə qalib gələn Xaybuya Musalovun 1/4 finaldakı rəqibi Vitali Bandarenka olacaq. Boksçumuz özündən 5 yaş böyük olan belaruslu ilə döyüşə saat 13:30-da çıxacaq.

81 kq

Bu çəkidə Azərbaycanı təmsil edən Teymur Məmmədov yarışda 4-cü görüşünə çıxacaq. İndiyə qədər 3 rəqibinə heç bir şans verməyən Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu və dünya ikincisi yarımfinalda rusiyalı Pavel Silyagin önündə də uğurlu seriyanı davam etdirməyə çalışacaq. Məmmədov rinqə saat 20:15-də ayaq basacaq.

Qadınlar
60 kq

Əvvəlki mərhələdə finlandiyalı Mira Potkonen üzərində qələbə qazanan təmsilçimiz Yana Alekseyevnanın 1/4 finaldakı rəqibi rusiyalı idmançı olacaq. Yananın yarımfinal yolunda Zinayda Dobrinina ilə döyüşü saat 12:30-da baş tutacaq.

Qeyd edək ki, iyunun 22-də və 23-də Azərbaycan millisinin 9 boksçusu yarımfinala vəsiqə qazanıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri