30 
İyl
2015
10:40
26
86
2418
Virtual karabakh

Bakıda keçiriləcək “Formula-1” tamaşaçıları üçün günəş kremi

30 İyl, 2015
10:40
2418

Bakıda keçiriləcək “Formula-1” tamaşaçıları üçün günəş kremi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz yarışları yüksək səviyyədə keçirmək istəyirik”.

Baku Grand Prix promouter şirkətinin rəhbəri Arif Rəhimov gələn mövsüm üçün “Formula-1”in cari təqvimini bəyəndiyini bəyan edib.

“Mən əvvəldən cənab Ekklstoundan bizə yayda slot verməyi xahiş etmişdim. Yarış şəhərin mərkəzində, əhalinin az olduğu vaxtda keçiriləcək. Ona görə də lojistik planda hər şeyin təşkil edilməsi daha asan olacaq.

Bakıda iyulda temperatur adətən 30-32 dərəcəyə çatır, hava Macarıstanda Qran-pri zamanı olan havaya bənzəyir. Axşam 25 dərəcəyə yaxın olur. İsti olacaq. Yeri gəlmişkən, biz bilet alanlara tribunalara daxil olmamışdan öncə yalnız qulaqlıq deyil, eləcə də günəş kremi paylamaq kimi təklif vermək istəyirik. Çalışacağıq ki, tamaşaçılar yarışlara gəlsinlər.   

Təqvimdəki zamana müvafiq olaraq, tamaşaçılarımızı qorumaq üçün bütün tribunaları örtüklə bağlamalı olacağıq. Biz yarışları yüksək səviyyədə keçirmək istəyirik. Qran-pridə iştirak edəcək hər kəsi – tamaşaçıları, mətbuatı, komandaları, FOM, avtomobil federasiyalarının razı qalması üçün sistem hazırlanır. Əsas məqsəd gələn ildə bu yarışlara gəlmək istəyinin yaranması üçün hamını sevindirməkdir”, - Rəhimov “Çempionat”a bildirib.  

F.H.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri