28 
Avq
2015
16:00
27
70
3674
Virtual karabakh

Tilke: Bakıda tras tamamilə fərqli olacaq

28 Avq, 2015
16:00
3674

Tilke: Bakıda tras tamamilə fərqli olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz hakimiyyətlə sıx əməkdaşlıq edirik”.

Bakıda “Formula-1” Qran-prinin keçirilməsi üçün işlər tam sürətlə gedir.

Oxu.Az xəbər verir ki, “Formula-1”-in memarı German Tilke bu barədə championat.com saytına müsahibəsində bildirib.

“Biz hakimiyyət ilə sıx əməkdaşlıq edirik və artıq deyə bilərəm ki, tras həm iştirakçılar, həm də tamaşaçılar üçün həddən artıq maraqlı alınacaq.

Bu, unikal olacaq və dünyada artıq mövcud olan heç bir trasa oxşamayacaq! Bakıdakı trası nə Monako, nə də digər bir küçə trası ilə müqayisə etmək mümkün olacaq”, - o deyib.

O qeyd edib ki, Bakı tarixi, öz xüsusiyyətləri, xarakteri olan qədim şəhərdir və bütün bunlar sözsüz ki, “Formula-1” trasında öz əksini tapacaq.

“Sadəcə inanın ki, bu, tamamilə fərqli bir şey olacaq”, - o əlavə edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri