Sen
2015
21:44
26
116
2108
Virtual karabakh

FİA direktoru: Bakı Formula 1 yarışlarına ciddi hazırlaşır

1 Sen, 2015
21:44
2108

FİA direktoru: Bakı Formula 1 yarışlarına ciddi hazırlaşır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hər şey plana uyğun gedir”.

FİA-nın (Beynəlxalq Avtomobil Federasiyası) yarış direktoru Çarli Uaytinq Azərbaycan Qran-prisinə hazırlığın necə getdiyindən danışıb. Yarış Bakının şəhər trasında 2016-cı ilin yayında keçiriləcək, Oxu.Az sport.ru-ya istinadən xəbər verir.

“Belçikada German Tilke ilə görüşüm olub və görünüşə baxılırsa, hər şey yaxşı gedir. Təbii ki, söhbət tammiqyaslı avtodromun inşasından getmir, çünki bu əsl şəhər tipli trassdır.

Narahatçılıq doğuran bir neçə məqam var, amma təşkilatçılar bu problemləri aradan qaldırmaq üçün əllərindən gələni edirlər. Mən deyərdim ki, hər şey plana uyğun gedir. Gələn aylarda təşkilatçılar trasın lazım olan hissələrində asfalt döşəməyə başlayacaqlar, eləcə də digər labüd məsələlər ilə məşğul olacaqlar. Onlar Qran-prinin təşkilinə çox ciddi yanaşıblar”, - Autosport Uaytinqin sözlərindən sitat gətirir.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri