24 
Okt
2015
10:52
34
220
13404
Virtual karabakh

Döyüşçü Bəxtiyar Abbasov nokaut ilə məğlub oldu – VİDEO

24 Okt, 2015
10:52
13404

Döyüşçü Bəxtiyar Abbasov nokaut ilə məğlub oldu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sankt-Peterburqda Fight Nights keçirilib.

Rusiyanın Sankt-Peterburq şəhərində peşəkar qarışıq döyüş növləri (ММА) Fight Nights üzrə gecə keçirilib, burada məşhur azərbaycanlı döyüşçü Bəxtiyar Abbasov da iştirak edib.

Oxu.Az xəbər verir ki, MMA üzrə öz 20-ci döyüşündə Abbasov rusiyalı Həmzət Xiramaqomedovla görüşüb. Təəssüf ki, rusiyalı nokaut ilə qələbə qazanıb.  

Bəxtiyar rəqibinin ayaqlarına hücum etmək istəyib, amma alınmayıb. Bundan başqa, rusiyalı dizi ilə rəqibinin qarnına ağrılı zərbə vura bilib. Abbasov artıq döyüşü davam etdirə bilməyib. O, bunu əlini qaldıraraq bildirib. Amma referi rinqdə döyüşü saxlamayaraq Xiramaqomedova daha bir neçə zərbə endirməyə imkan verib. Bundan sonra döyüş dayandırılıb, hakim isə Bəxtiyar Abbasovun məşqçilərindən layiq olduğu etirazı alıb.

F.H. 
www.oxu.az 

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri