21 
Dek
2016
09:59
14
148
2384
Virtual karabakh

Azərbaycanda qış kurortları özəlləşdirilə bilər

21 Dek, 2016
09:59
2384

Azərbaycanda qış kurortları özəlləşdirilə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda qış kurortları özəlləşdirilə bilər.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, logistika üzrə özəl sektorun xüsusi çəkisinin artırılması bu sahədə rəqabət mühitini sağlamlaşdıraraq, regional və beynəlxalq turizmin inkişafı üçün də ciddi təkan ola bilər. 
Azərbaycanda mədəni turizm, sağlamlıq turizmi, ekoturizm, kənd turizmi kimi turizm növləri üzrə tələbatın artırılması və qış turizminin inkişafına dəstək verilməsi kimi islahatların aparılması turizmlə bağlı digər alt sektorların daha da inkişaf etdirilməsi strategiyası ilə bağlıdır.

Turizmin inkişafında özəl sektorun iştirakının genişləndirilməsi istiqamətində atılacaq addımlar sırasında dövlət mülkiyyətində olan Şahdağdakı mehmanxanalardan başlamaqla, qış kurortlarının özəlləşdirilməsi məsələsi də nəzərdən keçirilə bilər. 

Peşəkar mehmanxana şəbəkələrindən idarəetmə heyətinin cəlb edilməsi və ya mövcud idarəetmə sisteminə əlavə inzibati çevikliyin gətirilməsi üçün özəlləşdirmə potensialı və özəlləşdirmə şərtləri qiymətləndirilməlidir.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri