29 
Dek
2016
16:27
43
191
1799
Virtual karabakh

Nazir: Novruz bayramına qədər hotellərin əksəriyyəti tutulub

29 Dek, 2016
16:27
1799

Nazir: Novruz bayramına qədər hotellərin əksəriyyəti tutulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Turizm Şurasının yaradılması və fəaliyyəti Azərbaycan turizminin inkişafına böyük töhfə verəcək”. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Turizm Şurasının ilk iclasında deyib. 

Nazir bildirib ki, indiyədək dövlət qurumları tərəfindən Azərbaycanın tanıdılması üçün müxtəlif layihələr həyata keçirilib: “Bu il ərzində reallaşdırılan uğurlu proqramlar artıq müsbət nəticə verib. Amma təəssüflər olsun ki, bu proqramlar konkret sahələri əhatə etməyib. 

Bundan sonra qurumlar və digər yerli iş strukturları ölkə turizminin inkişaf etdirilməsi üçün marketinq və təbliğat işlərini bir yerdə həyata keçirməlidirlər. 

Uğurlu strategiya əsasında həyata keçirilən bütün layihələr ölkə turizminin inkişafına müsbət təsir edəcək. Yeni yaradılan Turizm Təbliğat Bürosu bir neçə sahəni əhatə edəcək”. 

Nazirin sözlərinə görə, Novruz bayramına qədər Azərbaycandakı hotellərin böyük əksəriyyəti tutulub: 

“Həmin hotellərin müştəriləri arasında yerli turistlərlə yanaşı, xarici ölkələrdən olan turistlər də var. Xarici ölkələrdən olan turistlər, əsasən Gürcüstan, Körfəz ölkələri və İrandandır. Onlar öz istirahətlərini məhz Azərbaycanda keçirmək istəyirlər”. 

Qeyd edək ki, Turizm Şurasının əsas məqsədi Azərbaycanda turizm sahəsində mövcud vəziyyəti təhlil etməkdən, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsindən, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri