29 
Dek
2016
19:37
142
39
13325
Virtual karabakh

2017-ci ilin ən ucuz turizm istiqamətləri – SİYAHI

29 Dek, 2016
19:37
13325

2017-ci ilin ən ucuz turizm istiqamətləri – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Forbes” jurnalının versiyasına əsasən, Şimali Vyetnam 2017-ci ildə ən ucuz turizm istiqaməti olacaq.

Oxu.Az xəbər verir ki, siyahıda ümumilikdə 21 region yer alıb.

Vyetnamın paytaxtı Hanoydan şimalda, Çinlə sərhəd boyu yerləşən rayonlarda səyahətçi üçün bir gecəlik ev kirayələmək 10-15 dollara, yataqxana otaq isə təxminən beş dollara başa gələcək. Turistlər nahar üçün 50 sentdən iki dollara qədər ödəyəcəklər.

Reytinqin ikinci pilləsində Qırğızıstanın paytaxtı Bişkek şəhəri qərarlaşıb. Burada bir gecəlik ev 15 dollar, nahar isə iki dollar təşkil edəcək. Ənənəvi yurtada bir gecə və iki dəfə yeməyə görə səyahətçi 20 dollarından keçməli olacaq. İlk üçlüyü Portuqaliyanın Lissabon şəhəri bağlayır - ən ucuz bir gecəlik ev təxminən 30 dollar dəyərində qiymətləndirilir.

Dördüncü yerdə Seul, beşdə isə Buxarest şəhəridir. “Top-10”a həmçinin Keyp-Poynt burnu (CAR), Krit adası (Yunanıstan), Filippinin Palavan adası, Berli Heds yaşayış məntəqəsi (Kvislend ştatı, Avstraliya) və Portuqaliyanın Portu şəhəri daxil olub.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri