Yan
2017
16:53
159
49
6282
Virtual karabakh

Bakı aeroportunun sərnişin dövriyyəsi rekord göstəriciyə çatıb

6 Yan, 2017
16:53
6282

Bakı aeroportunun sərnişin dövriyyəsi rekord göstəriciyə çatıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Beynəlxalq Hava Limanı 2016-cı ildə 3,26 milyon sərnişinə xidmət göstərib ki, bu da Azərbaycan mülki aviasiya tarixində rekord göstəricidir.

Bu barədə “Azərbaycan Hava Yolları”ndan (AZAL) Oxu.Az-a bildirilib.

Sərnişin dövriyyəsinin 83,5%-i beynəlxalq daşımaların payına düşüb. Ötən il Azərbaycanın paytaxtına AZAL milli aviadaşıyıcısı da daxil olmaqla 28 sərnişin aviaşirkəti uçuşlar yerinə yetirib.

Xaricə gedən sərnişinlərin 51,3%-i AZAL-ın payına düşüb. Populyar xarici aviaşirkətlərin beşliyinə “Türk Hava Yolları”, “Aeroflot”, “S7 Airlines”, “FlyDubai” və “Qatar Airways” daxil olub.

İstanbul, Moskva, Dubay və Kiyev ən populyar beynəlxalq istiqamətlərin siyahısına rəhbərlik edib - ötən il bu şəhərlərə sərnişin dövriyyəsi 1,37 milyon nəfər olub.

2016-cı ildə “Iraqi Airways”, “Fly Baghdad”, “ATA Airlines”, “Air Cairo”, “Komiaviatrans” aviaşirkətləri və Rusiyanın “Pobeda” lou-kosteri Azərbaycana uçuşlara başlayıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti “Skytrax” tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı 4 ulduza layiq görülüb.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri