18 
Fev
2017
22:00
301
36
19872
Virtual karabakh

Xaricdəki məşhur Azərbaycan restoranları – FOTO

18 Fev, 2017
22:00
19872

Xaricdəki məşhur Azərbaycan restoranları – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaricdəki məşhur Azərbaycan restoranları haqda kiçik araşdırma edilib.

Oxu.Az turizm.fins.az-a istinadla təqdim edir.

Çexiyanın paytaxtı Praqada yerləşən “Baku” restoranı artıq xeyli müddətdir fəaliyyət göstərir. Getmək istəyənlər üçün ünvan: Kralodvorska 1086/14, Praqa 1.

Növbəti məşhur Azərbaycan restoranı isə Polşanın paytaxtı Varşava yaxınlığında yerləşir. “HAZAR” adını daşıyan restoran yenicə fəaliyyətə başlayıb. Ünvan: Al.Niepodleglosci 16.

Polşada daha bir restoran Krakov şəhərində fəaliyyət göstərir. “Kaspijski Restobar” adını daşıyan restoran ləziz Azərbaycan mətbəxini təqdim edir. Fərqli ad daşıyan bu restoran yenicə fəaliyyətə başlayıb. Ünvan: Dietla 46, Krakov.

Növbəti məşhur Azərbaycan restoranı isə ABŞ-da yerləşir. “Baku Palace” adını daşıyan restoran təkcə pərakəndə müştəri qəbul etmir, burada həmçinin toy məclislərini keçirtmək üçün lazımi imkan var. Ünvan: Emmons Ave, Brooklyn, NY 11235.

Azərbaycanlıların ən çox yaşadığı şəhərlərdən olan Moskvada saysız-hesabsız Azərbaycan restoranı var. Bunlardan ən məşhuru isə sözün əsl mənasında elə “Азербайджан Ресторан”dır. Restoranın səkkiz zalı var: Bakı, Gəncə, Şəmkir, Quba, Muğam və s. Restorandan daha çox saraya bənzəyən bu məkan Moskvada kifayət qədər məşhurdur. Ünvan: Moskva, Demyana Bednoqo küç.

Növbəti Bakı restoranı Ukraynanın paytaxtı Kiyevdə yerləşir. Azərbaycan şərabları və yeməkləri ilə məşhur olan “Baku” restoranına getmək istəyənlər üçün ünvan: Kiyev, Qorkoqo küç.,88.

İstanbulda qısa zaman ərzində tanınmış “Quzu” restoranı ən məşhur Azərbaycan restoranı hesab edilir. Türkiyə mətbuatında yer alan xəbərlərə görə, bu restoranın açılması üçün 3 milyon vəsait yatırılıb. Ünvan: Nuspetiye 15, İstanbul.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri