20 
Fev
2017
18:30
61
119
16051
Virtual karabakh

Yunanıstan hotelləri – QİYMƏTLƏR

20 Fev, 2017
18:30
16051

Yunanıstan hotelləri – QİYMƏTLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı turistlərin səfər etdiyi ölkələrin siyahısında Yunanıstan ilk pillələrdədir. 

Azərbaycanlı turistlər daha çox bu ölkənin Santarina, Afina və Kiprin Yunanıstan tərəfində - Larsanada istirahət etməyə üstünlük verirlər. 

Yunanıstanda turizm mövsümü əsasən, may ayının sonlarından başlayır. Buna səbəb burada yerləşən istirahət mərkəzlərinin dəniz sahilində yerləşməsidir. 

Oxu.Az bunu nəzərə alaraq Yunanıstanda istirahət qiymətlərini təqdim edir. 

“Orpheus Hotel”

Hotel Samotrace adasında yerləşir. Mehmanxana Terma çimərliyindən 300 metr, Kamariotissi limanından isə 12 kilometr aralıdadır. Nömrələrin eyvanından təbiət mənzərəsinə görünüş açılır. Hotelin bütün nömrələri Wi-Fİ, kondisioner, soyuducu, TV və telefon ilə təchiz edilib. Hər nömrədə duş və vanna otağı var. 

Standart otaqlarda bir nəfərin gecələməsi 66 manatdır. Göstərilən qiymətə səhər yeməyi daxil deyil. Səhər yeməyi üçün əlavə 9 manat ödəmək lazım olacaq. 3 nəfərlik otaqlarda isə bir nəfərin gecələməsi 76 manatdır. 6 yaşa qədər olan uşaqlara ödəniş etmək tələb olunmur. 6 yaşdan böyük uşaqlar üçün isə əlavə yataq üçün bir gecə üçün 5 avro tələb olunur.

“Sunset Hotel”

2 ulduzlu mehmanxana  Uranopolis şəhərində yerləşir. Yola cəmi 3 dəqiqə sərf etməklə dəniz sahilinə çata bilərsiniz. Bütün otaqlar lazımi avandanlıqlarla təchiz olunub. Mehmanxanada 23 nömrə var. Hotelin bütün ərazisi boyu pulsuz Wi-Fİ təklif olunur. Mehmanxananın yaxınlığında çoxlu sayda dükanlar və restoranlar fəaliyyət göstərir. Həmçinin Haldiki yarımadasını gəzmək şansı əldə edə bilərsiniz. Hotel 2011-ci ildən fəaliyyət göstərir.

Hoteldə standart nömrədə bir nəfərin gecələməsi 94 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir. 3 nəfərlik otaqda, bir nəfərin gecələməsi isə 111 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir.

“Alexhandra Hotel”

2 ulduzlu hotel Santorini adasında yerləşir. Hotel Kamari çimərliyindən 80 metr aralıdadır. Nömrələrin hər biri soyuducu, kabel televiziyası ilə təchiz olunub. Bəzi nömrələrin ayrıca mətbəxləri də var. Səhər yeməyi “İsveç stolu” formasında hovuz kənarında verilir. Hotel yaxınlığında kafe və restoranlar fəaliyyət göstərir. Həmçinin mehmanxanada avtomobil də kirayələmək olar.

Əsasən, avtomobil hotel qonaqları üçün yaxınlıqda yerləşən Fira şəhərinə getmək üçün lazım olur. Qiymətlərə gəlincə isə standart otaqların qiyməti 59 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir. İstirahət mərkəzinin mənzillərində gecələmək isə 83 manatdır.

“Makris Hotel”

“Makris Hotel” Santorini adasının Kamari şəhərində yerləşir. Hotel 3 ulduzludur. Qonaqlar üçün hotelə hava limanından nəqliyyat təşkil olunur. Mehmanxananın bütün ərazisi boyunca pulsuz Wİ-Fİ var. Mehmanxanada nömrələr dənizə və bağçaya mənzərələri ilə təklif olunur. Hoteldə nömrə mənzillərin sayı 20-dir. 

Hoteldə səhər yeməyi daxil standart otaqların qiyməti 207 manatdır. Mənzillərdə gecələmək isə 222 manatdır. Bu qiymətə də səhər yeməyi daxildir. 3 nəfərlik otaqların qiyməti isə 247 manatdır.

“Larco Hotel”

“Larco Hotel” Kipr adasının Yunanıstana aid hissəsində Larnaka şəhərində yerləşir. Mehmanxana ikiulduzludur. İstirahət mərkəzi dəniz sahilindən 200 metr aralıda yerləşir. Hotelin dizaynı keçmişi xatırladır. 

Mehmanxana ərazisində pulsuz Wİ-Fİ var. Bütün nömrələrin eyvanı var. Mehmanxanada səhər yeməyinə çörək, cem, pendir və ət məhsullarının assortisini təklif edirlər.  

Mehmanxanada bir nəfərlik otaq 76 manatdır. Əgər səhər yeməyi sifariş etmək istəsəniz 8 manat ödəməli olacaqsınız. İki nəfərlik standart otaqda bir nəfərin gecələməsi isə 94 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir. 102 manat təklif edilən bir nəfərlik otaqların qiymətinə isə səhər və günorta yeməkləri daxildir.

“Holiday Inn Athens Attica Av, Airport W.”

5 ulduzlu hotel Afina şəhəri Attica prospektində yerləşir. Mehmanxanada bütün vanna otaqları mərmər ilə dizayn edilib. Hoteldə pulsuz Wİ-Fİ, idman zalı, qapalı hovuz və sauna təklif olunur. 
Beynəlxalq hava limanı Elefterios Venizelos  istirahət mərkəzindən 135 kilometr aralıda yerləşir.

Əlavə ödəniş etməklə mehmanxana qonaqlarına hava limanına gediş-gəliş  nəqliyyatı təşkil olunur. Nömrələr bütün lazımı avadanlıqlarla təchiz olunub. Həmçinin nömrələrdə seyf və pulsuz çay, kofe var. Mehmanxanada 124 nömrə var.

Hotel 2009-cu ildən turistlərə xidmət edir. Nömrələrin qiymətlərinə gəlincə isə iki nəfərlik standart otaqda bir nəfərin gecələməsi 282 manatdır. Səhər yeməyi üçün əlavə 32 manat ödəmək lazım olacaq. Mehmanxanada ən bahalı nömrələr 392 manatdır.

“Athens Cypria Hotel”

Paytaxt Afinada yerləşən hotel 3 ulduzludur. Mehmanxana Syntagma metro stansiyasından 300 metr aralıda yerləşir. Hotelin bütün nömrələrində seyf var. Bundan başqa pulsuz çay və kofedən yararlanmaq mümkündür. 

Uşaqlar üçün müəyyən xidmətlərdə güzəştlər təklif olunur. Hoteldə hər gün səhər 7-dən 10:30 kimi Amerika mətbəxinə məxsus yeməklər təklif olunur. Mehmanxananın Annabel kafesində müxtəlif cür spirtli içkilər təqdim olunur. Hoteldə bir nəfərlik otaqlar 174 manatdır. 

Bu qiymətə səhər yeməyi də daxildir. 217 manat isə iki nəfərlik standart nömrələr təklif olunur. 12 yaşa qədər olan uşaqlara əlavə çarpayı pulsuz verilir. 

Mənbə: Fins.az

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri