22 
Fev
2017
12:08
190
33
2809
Virtual karabakh

BƏƏ-nin Şərca şəhərindən Bakıya ilk birbaşa reys açılır

22 Fev, 2017
12:08
2809

BƏƏ-nin Şərca şəhərindən Bakıya ilk birbaşa reys açılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Martın 16-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şərca şəhərindən Bakıya ilk birbaşa reys həyata keçiriləcək”.

Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bu sözləri “Air Arabia Airlines” şirkətinin baş meneceri Baratan Ravindran və satış müdiri Şalini Racan, nazir müavini Nazim Səmədov ilə görüşündə səsləndiriblər.

Bildirilib ki, bu reys vasitəsilə BƏƏ və Omanın turizm şirkətlərinin nümayəndələri Azərbaycana səfər edəcəklər.

Nümayəndələr qeyd ediblər ki, “Air Arabia” hava yolları loukoster şirkəti olduğundan sərnişinlərin 30-35%-i ilk dəfə səyahət edəcək şəxslərdən ibarət olur.

Görüşdə aprel ayında şirkət tərəfindən turizm şirkətlərinin nümayəndələrinin Hindistandan Bakıya səfərin təşkilinin nəzərdə tutulduğu da qeyd edilib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri