Mar
2017
11:41
26
112
1900
Virtual karabakh

Azərbaycanda Turizm Festivalının keçiriləcəyi tarix məlum olub

1 Mar, 2017
11:41
1900

Azərbaycanda Turizm Festivalının keçiriləcəyi tarix məlum olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Birinci Turizm Festivalı aprelin 10-dan mayın 10-dək keçiriləcək”.

Oxu.Az-ın APA-ya istinadla məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Turizm Şurasının iclasında deyib.

Nazir qeyd edib ki, həmin ərəfədə Azərbaycanda bir sıra beynəlxalq tədbirlərin keçiriləcəyini nəzərə alsaq, bu festivala xarici turistlərin marağı daha yüksək olacaq:

“Ticarət festivalları davamlı olaraq keçiriləcək. Növbəti festivalın oktyabr ayında təşkil edilməsi nəzərdə tutulur”. 

Nazir turizm sektorunun inkişafı istiqamətində düzgün koordinasiyanın qurulması məqsədilə Turizm Şurasının katibliyinin təklif etdiyi bir neçə istiqamət üzrə işçi qruplarının yaradılacağını deyib:

“Turizm bir sıra dövlət qurumlarının fəaliyyətindən asılıdır. Turizm Şurasında da bu dövlət qurumları təmsil olunur və bundan sonra da əsas işimiz əlaqədar dövlət strukturları ilə birgə çalışaraq qarşıya çıxan çətinlikləri həll edərək, ölkəmizdə turizmin daha da inkişafına nail olacağıq.

Turizm Şurasının yaradılmasında əsas məqsəd Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsidir”.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri