Mar
2017
11:25
101
21
13335
Virtual karabakh

Türkiyədə mənzillərin – QİYMƏTLƏRİ

2 Mar, 2017
11:25
13335

Türkiyədə mənzillərin – QİYMƏTLƏRİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici ölkədə mülk almaq investisiyanın bir növünə çevrilib. Artıq uzun illərdi ki, Azərbaycan vətəndaşları da xarici ölkələrdə daşınmaz əmlak alırlar. Bu ölkələrdən biri, daha dəqiq desək, birincisi Türkiyədir.

Elə Türkiyə hökuməti də bu ölkədə daşınmaz əmlak satışında maraqlıdır. Belə ki, Türkiyə parlamenti xarici vətəndaşlar üçün daşınmaz əmlakın alınmasına dair yeni qanun qəbul edib. 

Oxu.Az xəbər verir ki  artıq bu ölkədə əmlak alan xarici vətəndaşlar əlavə dəyər vergisindən azad ediliblər.

Yeni qanuna əsasən, Türkiyə ərazisində ilk ofis və ya ev alan, alış-verişi xarici valyutada həyata keçirən alıcılar ƏDV-dən azad edilirlər. 

Şərtlərə görə, investor bir il ərzində obyekti satmamalıdır. Əks halda, vergini dövlətə kompensasiya etməlidir.

Azərbaycanlılar Türkiyədə ən çox haradan ev alırlar? Bəs görəsən, Türkiyədə Azərbaycan vətəndaşları ən çox hansı evləri və neçəyə alırlar?!

Türkiyədə daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan Emil Cəfərov Azərbaycan vətəndaşlarının Bodrumda ev almağa üstünlük verdiklərini bildirib.

Onun sözlərinə görə, azərbaycanlılar həmin şəhərdə ən çox ikiotaqlı evləri almağa maraq göstərirlər.

E.Cəfərov bildirib ki, Bodrumda ikiotaqlı evlərin qiyməti 145 min avrodan başlayır:

“Qeyd edək ki, göstərilən qiymət birinci əl göydələnlərdəki mənzillərin dəyəridi. Bu cür yaşayış məntəqələrində ev sahiblərinə aquapark və fitness zallar təqdim olunur”.

Onun sözlərinə görə, xaricilər Türkiyədə ən çox bu şəhərdədir:

“Məlumat üçün bildirək ki, Türkiyədə digər ölkələrin vətəndaşları da daşınmaz əmlak almağa üstünlük verirlər. Türkiyənin Antalya şəhərində daha çox rus, alman və Skandinaviya ölkələrindən olan vətəndaşlar ev alırlar. Marmaris bölgəsində ingilislər, Bursada isə daha çox ərəblər ev almağa üstünlük verirlər.

Qeyd edək ki, Antalyada birinci əl ikiotaqlı evlərin qiyməti 50 min avrodan başlayır. Azərbaycanlıların daha çox ev aldıqları Bodrumda ikinci əl evlər isə 80 min avrodan başlayır. Bu qiymətə 3 otaqlı ikinci əl ev almaq olar”.

E.Cəfərov İstanbulda evlərin qiymətlərindən də danışıb:

“İstanbulda ikiotaqlı mənzillərin qiyməti 60-150 min dollar arasında dəyişir. Lakin bu qiymətə satılan mənzillərin yerləşdiyi tikililər sadə olur, yəni aquapark və ya idman zalı kimi yerlər yaşayış kompleksinə daxil deyil.

İstanbulda mənzillərin qiyməti digər şəhərlərdə olduğu kimi rayonlara görə dəyişir. Misal üçün, Bəylikdüzü və Həsənyurt  bölgəsində ikiotaqlı mənzillərin qiyməti 60-68 min dollar arasında dəyişir.

Sultanahmed rayonunda isə ikiotaqlı mənzillər 100-150 min dollara satılır. Qeyd edək ki, İstanbulda evlərin satış qiyməti dollarla, istirahət bölgələrində isə qiymətlər avro ilə göstərilir. Buna səbəb təklifin bu valyutada formalaşmasıdır”.

Ekspert qeyd edib ki, ev alanların sayı artıb:

“Qeyd edək ki, 2017-ci ilin yanvarında Türkiyədə daşınmaz əmlakın qiymətləri il ərzində 12,8% artıb. Milli Statistika Komitəsinin məlumatında deyilir ki, 95 min 389 ev və mənzil sahibini dəyişib.

Xaricilər Türkiyədə ümumilikdə 1386 obyekt alıb. Bu da ötən illə müqayisədə 5,2% azdır.
Bazar iştirakçıları hesab edir ki, yeni qanun əcnəbilərin Türkiyədə daha çox əmlak almasına təkan verəcək.

Onu da deyək ki, Türkiyədə evə sahib olduqda bu ölkədə vətəndaşlıq almaq çox asan olur. Cəmi 45 min avroluq ev almaqla bu ölkədə müvəqqəti yaşamaq hüququ qazana bilərsiniz.

Ev aldıqdan sonra polisə müraciət edərək Türkiyədə mülkə sahib olduğunuz barədə sənədi, bank hesabından çıxarışı və viza təqdim edilir.

Bundan sonra Türkiyədə yaşamaq haqqında icazə sənədi verilir. İlkin icazə 6 ay müddətinə verilir. Sonra bu müddət daha iki il uzadılır. 

Lakin bu ölkədə müvəqqəti yaşamaq hüququ sizə digər Avropa ölkələrinə getməyə icazə vermir. Çünki Türkiyə Şengen ölkələri sırasına qoşulmayıb”.

Mənbə: Fins.az

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri