Mar
2017
18:36
28
195
5198
Virtual karabakh

Azərbaycan Türkiyənin beşliyinə düşə bilmədi

2 Mar, 2017
18:36
5198

Azərbaycan Türkiyənin beşliyinə düşə bilmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci ilin yanvar ayında Türkiyəyə gedən azərbaycanlıların sayı 37 min 455 nəfər olub. Bu da ötən ilin anoloji dövri ilə müqayisədə 25,13% artım deməkdir. 

Oxu.Az bu barədə Türkiyənin Turizm Nazirliyinə istinadən xəbər verir. 

Ötən ilin yanvarında qonşu ölkəyə gedən həmyerlilərimizin sayı 29 min 932 nəfər olmuşdu. 2016-cı ilin yanvar ayının 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə isə Türkiyəyə gedən həmyerilərimizin sayında 22,74% azalma olub. 

Azərbaycanlıların bu ölkəyə gələn turistlərin sayında milliyyət payı bir ildə 2,56%-dən 3,55%-ə qalxıb.

Qeyd edək ki, statistik məlumata əsasən, 2017-ci ilin yanvarında Türkiyəyə ən çox gedən gürcü vətəndaşları olub; 140 min 988 nəfər. İkinci sırada İran (101 min 636 nəfər), növbəti pillədə Almaniya (78 min 756), dördüncü yerdə Bolqarıstan və Rusiya vətəndaşları qərarlaşıb.

Buunla belə, Türkiyəyə gələn əcnəbilərin sayı yanvarda 9,81% azalıb. Ondan əvvəlki ay isə 11,1% azalma qeydə alınıb. 18 aydır davamlı olaraq hər ay azalan xarici turistlərin sayı yanvarda 1,06 milyon nəfər olub. Əcnəbilərin sayında son dəfə artım isə 5,1% olmaqla 2015-ci ilin iyul ayında yaşanıb. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri