Mar
2017
17:47
18
90
3297
Virtual karabakh

Ekspert Azərbaycan hotellərinin ən böyük problemindən danışdı

6 Mar, 2017
17:47
3297

Ekspert Azərbaycan hotellərinin ən böyük problemindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Araşdırmalar göstərir ki, təsnif edilmiş mehmanxanalar (hotel - red.) sırasında minimal tələblərə cavab verən və bunlara fəaliyyətlərində riayət edən müəsissələrin sayı olduqca azdır. 

Bunun səbəbləri müxtəlifdir – obyektlərin məlumatlandırılmasının zəif olduğundan standartların tam anlanılmaması, icarəçilərin tez-tez dəyişməsi, müəsissələrin təsnif edilməsi proseslərində və sonrakı monitorinqlərdə olan boşluqlar və sair hallar”.

Oxu.Az xəbər verir ki, bu barədə DAİR Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndinin mehmanxanaların təsnifatı adlı məqaləsində qeyd edilib. 

“Əgər bizim 4 ulduzlu kateqoriyasındakı hotellərimiz çoxluq təşkil edirlərsə, belə bunların misalında bir neçə məsələyə toxunmaq olar. Biz əminliklə bilirik ki, bu kateqotiyalı mehmanxanalara şamil edilən bir sıra minimal tələblərə onlar cavab vermirlər və buna hamı göz yumur. 

Bunlar sırasında bir neçə ən vaciblərini sadalamaq istərdik: istehlakçıların rəy və təkliflərini öyrənmək üçün sistem aparılmır, personalın təlim və hazırlığı üzrə plan aparılmır, baxmayaraq ki, bütün kateqoriyalar üçün minimal tələb hesab edilən personalın ən azı 50%-nin müvafiq peşə sertifikatının olmasına riayət edilmir, İSO 22000 Qida Məhsullarının Təhlükəsizliyi Sistemi tətbiq edilmir, naməlum və yaxud gizli qonaq sistemi tətbiq edilmir və sairləri. Nəticə etibarilə bütün bunlar göstərilən xidmətlərin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır.

Təsnifat dəqiq, düzgün aparılmalı, ulduz obyektiv verilməlidir. İlk növbədə, bu işə ictimai qurumları cəlb etmək lazımdır və onların ekspertlərindən istifadə edilməlidir.

Bunlarla yanaşı, digər bir uyğunsuzluqla da üzləşirik. Bildiyimiz kimi turistlər arasında populyar olan bir sıra beynəlxalq bronlaşdırma sistemləri var. Bunlar www.booking.com; www.tripadvisor.com; www.hotels.com və sairlərini sadalamaq olar. 

Bu sistemlər həm turistlər üçün əlverişli resurs hesab edilir və mehmanxanalara da əlavə müştəri bazarını təmin edirlər. Turistin səfər etdiyi məkanda mehmanxananın seçilməsi bir sıra parametrlərlə yanaşı, onun ulduz göstəricisinin də əsasında baş verir. Demək olar kı, ulduz sayı turist üçün birinci seçim meyarıdır. 

Assosiasiya tərəfindən aparılan müşahidələrdə aşkar olub ki, ən populyar olan www.booking.com bronlaşdırma resursunda bir çox mehmanxanalar göstərilən ulduz dərəcəsi olmadan yalnış məlumatların yayılmasına yol verirlər.

Biz hesab edirik ki, bu hal həm mehmanxana rəhbərliyinin və həm də adı gedən resursun səhlənkarlığından irəli gəlir. Bir sıra mehmanxanalar təsnifatdan keçmədən və yaxud keçmişdə təsnif edilmiş və sonralar bunun zamanı bitdikdən sonra yanlış məlumatlar verirlər. 

Assosiasiya booking.com şirkətinə bir daha müraciət edib mehmanxanaların ulduz kateqoriyasına düzgün göstərilməsini tələb edəcək. Bu, çox sadə bir yolla həll edilir - sistemə düşən hər bir mehmanxana təsnif edildiyi haqqında dövlətin rəsmi sənədini təqdim etməlidir”, -deyə S.Dübəndinin məqaləsində qeyd edilib. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri