13 
Mar
2017
16:59
112
24
1202
Virtual karabakh

Bakı uşaqlarla səfər edilən şəhərlərin ilk onluğunda

RoomGuru.ru hotel axtarışı servisi yaz tətilində uşaqlarla səfər və istirahət istiqamətlərini müəyyən edib. Rusiyalıların ailəvi istirahət üçün səfər etdikləri şəhərlərin ilk onluğuna Bakı da daxil edilib. 

Oxu.Az xəbər verir ki, reytinq 2017-ci ilin mart ayının 25-31 tarixlərində hotellərin və apartamentlərin bronlarına dair məlumat əsasında tərtib edilib. 

RoomGuru.ru servisinin məlumatına görə, Praqa, Tallin, Minsk, Budapeşt, Barselona, Vyana, Roma, Bakı, Zaqreb və Paris məktəb tətillərində uşaqlarla səfər etmək üçün populyar olan şəhərlərin ilk onluğuna daxildir. 

Servisin məlumatına görə, Bakıda turistlər ailəvi istirahətə orta hesabla sutkada 85 dollar sərf edirlər, bura hoteldə gecələmə, nahar və muzeyə ziyarət də daxildir. 

RoomGuru.ru HotelsCombined.com saytının Rusiya servisidir, bu servis “World Travel Awards” mükafatının versiyasına görə, son dörd ildə dünyada hotel axtarışı üzrə ən yaxşı servisdir.  

N.О.
www.oxu.az

Digər Turizm xəbərləri