15 
Mar
2017
15:20
170
45
7189
Virtual karabakh

Moskvaya AZALJET-lə cəmi 49 avroya – FOTO + YENİLƏNİB

15 Mar, 2017
15:20
7189

Moskvaya AZALJET-lə cəmi 49 avroya – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AZALJET Azərbaycanın regionlarından Moskvaya uçuşlara başlayır.

Ötən illə müqayisədə Heydər Əliyev Beynəlxalq Hava Limanında sərnişindaşımalarının həcmi 34%, AZAL şirkətinin bu baxımdan göstəricisində isə 28%-lik artım müşahidə olunub.

Oxu.Az-ın xəbərinə görə, bunu “Azərbaycan Hava Yolları”nın vitse-prezidenti Eldar Hacıyev Moskvanın “Vnukovo” hava limanında Moskva - Gəncə və Moskva - Qəbələ reyslərinin açılışına həsr olunan mətbuat konfransında deyib.

Eldar Hacıyev bildirib ki, yeni uçuşlar bu rəqəmi artıracaq. 

Heydər Əliyev Beynəlxalq Hava Limanının illik sərnişin tutumunun 9 milyon nəfər olduğunu qeyd edən vitse-prezident bildirib ki, ümumilikdə aeroport ildə təxminən 3 milyon sərnişin qəbul edir. 

Eldar Hacıyev həmçinin 2018-ci ildə Lənkəran - Moskva və Naxçıvan - Moskva reyslərinin açılmasının nəzərdə tutulduğunu qeyd edib.

12:58

Martın 15-dən etibarən “Azərbaycan Hava Yolları”nın aşağı büdcəli brendi AZALJET Moskvanın “Vnukovo” hava limanından Azərbaycanın regionlarına - Gəncə və Qəbələyə müntəzəm reyslər yerinə yetirməyə başlayır.

Oxu.Az xəbər verir ki, ilk Moskva-Gəncə reysinin yerinə yetirilməsi münasibəti ilə martın 15-də AZAL aviaşirkətinin vitse-prezidenti Eldar Hacıyev və “Vnukovo” hava limanının baş direktoru Vasili Aleksandrovun iştirakı ilə təntənəli tədbir keçirilib.

Moskva-Gəncə reysləri hər həftənin çərşənbə və şənbə günləri, Moskva-Qəbələ reysləri isə hər həftənin cümə axşamı günləri yerinə yetiriləcək.

“Vnukovo” Beynəlxalq Hava Limanından (VKO) uçuş yerli vaxtla saat 15:10-da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) enmə saat 20:30-da, Qəbələdən uçuş saat 20:30-da, “Vnukovo” Beynəlxalq Hava Limanına enmə yerli vaxtla saat 22:20-də baş tutacaq. Reyslər komfortlu A320 laynerləri ilə yerinə yetiriləcək.

Qeyd edək ki, hazırda “Azərbaycan Hava Yolları” Rusiyanın dörd şəhərinə müntəzəm reyslər həyata keçirir: 

“Vnukovo” hava limanı ilə yanaşı, AZALJET Moskvanın “Domodedovo" hava limanına, Sankt-Peterburq şəhərinin “Pulkovo” aeroportuna, Mineralnıye Vodı və Kazana reyslər yerinə yetirir. Həmçinin Gəncədən Sankt-Peterburqa müntəzəm aviareyslər həyata keçirilir.

Aviabiletlərin qiyməti bir istiqamətə 49 avrodan başlayır. Resylər çərçivəsində çəki konsepsiyası tədbiq olunacaq - baqajın daşınma qiyməti hər kiloqram üçün 2 avro təşkil edəcək. 

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərdə əldə etmək mümkündür.

Sözügedən reyslərdə sərnişinlər “AZAL Miles” bonus proqramından istifadə edə bilərlər. “AZAL Miles” bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilib: www.miles.azal.az.

Proqram iştirakçısı olmayan şəxslər onlayn qeydiyyatdan keçə bilərlər. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada “AZAL Miles” iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir. 

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

(+99412) 598 88 80

*8880

E-mail: [email protected]

“AZAL Miles” bonus proqramı ilə bağlı sulları ya [email protected] e-mail ünvanına və ya www.azal.az saytındakı əlaqə forması ilə göndərmək olar.

{gallery}

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri