16 
Mar
2017
11:53
85
29
3932
Virtual karabakh

Azərbaycan vətəndaşlarına da “Tax Free” tətbiq olunacaq

“Dünyada ilk dəfə olaraq Bakıda keçiriləcək şopinq-festivalda Azərbaycan vətəndaşlarına da “Tax Free” tətbiq ediləcək”.

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib.

Onun sözlərinə görə, ötən ilin iyulundan bu günə qədər xaricilərin Azərbaycanda alış-verişləri nəticəsində ölkəyə 12 milyon manat daxil olub. Onun 1 milyon manatı “Tax Free” kimi geri qaytarılıb.

Xatırladaq ki, Azərbaycanda hələlik 254 ticarət və xidmət obyekti “Tax Free” sisteminə qoşulub.

U.A.
www.oxu.az

Digər Turizm xəbərləri