Apr
2017
18:40
12
123
3767
Virtual karabakh

Nazirlik rəsmisindən hotellərlə bağlı vacib açıqlama

4 Apr, 2017
18:40
3767

Nazirlik rəsmisindən hotellərlə bağlı vacib açıqlama

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Keçən ildən etibarən turistlər intensiv şəkildə Azərbaycana gəlməyə başlayıb. Bu da müəyyən maneələrin aradan qaldırılması nəticəsində olub”.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bunu Mədəniyyət və Turizm Nazirinin müavini Nazim Səmədov deyib.

Onun sözlərinə görə, bu mərhələdə əsas vəzifə keyfiyyətli və yüksək təhlükəsizlik xidmətini artırmaq, yeni məhsulu ortaya çıxartmaqdır: 

“Hazırda 554 hotel qeydiyyata alınıb, onlardan 130-u ulduz sertifikatı alıb. Ola bilsin ki, bunların bəziləri yapışdırılıb, lakin sanksiyalar yoxdur. 

Qanun layihəsi də bir fürsətdir ki, sanksiyalar tətbiq olunsun. Əgər hansısa hotel standartlara cavab vermirsə, niyə ulduzların sayına təsir göstərirsən. Ona görə də, cərimə tətbiq olunmalıdır”.

N.Səmədov deyib ki, Dövlət Turizm Reyestrinin yaradılması çox vacibdir: 

“Çünki turizm sahəsində keyfiyyət və təhlükəsizlik reyestrlə bağlı olan məsələdir. Reyestr olan zaman Mədəniyyət və Turizm Nazirliyi müəyyən şərtlər qoya bilər. 

Məsələn, hotellər üçün bu reyestrdə üzvlük hansısa bir standarta uyğunluğun nəticəsi kimi ola bilər. Bizim ulduzlarla bağlı standartlarımız var və 1, 2, 3, 4, 5 ulduzlu hotellər var. Amma bu standartların olması məcburi şərt deyil”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri