Apr
2017
12:55
13
71
3172
Virtual karabakh

Bakı Şopinq Festivalının rəsmi media tərəfdaşının adı açıqlandı

5 Apr, 2017
12:55
3172

Bakı Şopinq Festivalının rəsmi media tərəfdaşının adı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Konqreslər Bürosu aprelin 10-dan mayın 10-dək keçiriləcək Bakı Şopinq Festivalının rəsmi media tərəfdaşının adını açıqlayıb. 

Oxu.Az xəbər verir ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) jurnalistlər, fotoqraflar və operatorlardan ibarət işçi heyəti festivalın geniş şəkildə işıqlandırılmasını təmin edəcək.

Festivalın təbliğ dairəsinin genişləndirilməsi, festival barədə məlumatlar və press-relizlər agentliyin fəaliyyət göstərdiyi səkkiz dildə yayımlanacaq. 

Müqavilənin şərtlərinə əsasən, AZƏRTAC hazırladığı yazılarda və media kanallarında Bakı Şopinq Festivalının müəyyən olunmuş nişanından və “Bakı Şopinq Festivalının rəsmi media partnyoru” adından istifadə və nəşr hüququna malikdir.

Əvəzində isə Bakı Şopinq Festivalı öz rəsmi veb-saytı olan www.bakushopfest.com ünvanında partnyorlar hissəsinə AZƏRTAC-ın loqosu və rəsmi media tərəfdaşı olması barədə məlumat yerləşdirib. 

Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.

Aşağıdakı telefon nömrəsi və elektron poçt vasitəsilə, BŞF haqqında ətraflı informasiya almaq və təşkilatçılarla əlaqə saxlamaq olar:  

Tel: 0124982063

E-mail:[email protected]

Web:www.bakushopfest.com

Media qeydiyyatı üçün: http://bakushopfest.com/for-media-inquiries/

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri