Apr
2017
17:28
55
284
1721
Virtual karabakh

Əbülfəs Qarayev: Azərbaycandan xaricə istirahətə gedənlər azalıb

7 Apr, 2017
17:28
1721

Əbülfəs Qarayev: Azərbaycandan xaricə istirahətə gedənlər azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ötən ilə nisbətən bu il Azərbaycandan xaricə istirahətə gedənlərin sayı üzrə çox böyük azalma müşahidə edilmir”.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə bildirib.

Nazir deyib ki, 2016-cı ildə getmə turizm üzrə göstərici 10 faizədək azalıb. Onun sözlərinə görə, baş verən iqtisadi çətinliklərlə əlaqədar getmə turizminin azalması bütün dünyada müşahidə edilir.

Ə.Qarayev bildirib ki, Azərbaycan vətəndaşlarının müxtəlif ölkələrdə istirahət etməsini istəsələr də, getmə turizm prioritet deyil. Nazir əsas məqsədin gəlmə turizminin inkişafı olduğunu söyləyib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri