10 
Apr
2017
13:06
183
38
2144
Virtual karabakh

Azərbaycanla Dağıstan arasında yeni quru və dəniz marşrutları yaradıla bilər

10 Apr, 2017
13:06
2144

Azərbaycanla Dağıstan arasında yeni quru və dəniz marşrutları yaradıla bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Milli Turizm Təbliğat Bürosunun rəhbəri Fuad Nağıyev və Dağıstanın turizm və xalq bədii sənətkarlıq naziri Rəbiyyət Zakavovanın görüşündə iki ölkə arasında turizm sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. 

Oxu.Az-a Milli Turizm Təbliğat Bürosundan verilən məlumata görə, görüşdə iki qurumun xətti ilə qonşu regionların turizm potensialının inkişaf etdirilməsi, turizm sahəsinə sərmayələrin cəlbi, həmçinin beynəlxalq turizmin inkişafı üçün şəraitin genişləndirilməsi məsələləri də müzakirə olunub. 

Tərəflər birgə yeni quru və dəniz turizm marşrutlarının yaradılmasını müzakirə ediblər. 

Xatırladaq ki, “Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2016-cı il tarixli 1179 nömrəli Fərmanına əsasən, ölkənin beynəlxalq imicinin formalaşdırılması, marketinq işlərinin əlaqələndirilməsi, turistlərin məmnunluğunun və turizm potensialının artırılması, beynəlxalq səviyyədə tanıdılmasını təmin etmək məqsədilə 6 fevral 2017-ci il tarixdə Mədəniyyət və Turizm Nazirliyi yanında “Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxs təsis edilib.   

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri