10 
Apr
2017
10:46
64
287
10233
Virtual karabakh

Bakıda 2 manatlıq bileti turistlərə 8 manata satırlar

10 Apr, 2017
10:46
10233

Bakıda 2 manatlıq bileti turistlərə 8 manata satırlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qız Qalası Bakının ən möhtəşəm memarlıq abidələrindən biridir. Azərbaycana gələn turistlər, ilk növbədə, “İçərişəhər memarlıq” qoruğunu və Qız Qalasını ziyarət edirlər.

Oxu.Az musavat.com-a istinadən xəbər verir ki, istər Novruz bayramı ərəfəsində, istərsə də bu günlərdə Qız Qalasının ətrafı turistlərlə doludur. 

Hər kəs buraya gəlib qalanı ziyarət edir, xatirə fotosu çəkdirir və tariximiz haqqına məlumat əldə edirlər.

Son günlər isə saytın redaksiyasına çoxsaylı şikayətlər daxil olub. Şikayətlərdə deyilir ki, Qız Qalasına giriş üçün normalda 2 manata satılan biletləri turistlərə 8 manata satırlar. 

Bilet haqqında sorğu-sual edəndə isə qiyməti aşağı salırlar.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticə vermədi. İdarədə dəstəyi götürən olmadı.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri