17 
Apr
2017
15:05
158
27
2980
Virtual karabakh

AZAL Bakıdan Ciddəyə birbaşa aviareys açır

17 Apr, 2017
15:05
2980

AZAL Bakıdan Ciddəyə birbaşa aviareys açır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Hava Yolları” (AZAL) cari ilin sentyabr ayından etibarən Bakıdan Səudiyyə Ərəbistanının ikinci ən böyük şəhəri Ciddəyə birbaşa uçuşlar yerinə yetirməyə başlayacaq. 

Ciddə Səudiyyə Ərəbistanının iqtisadi paytaxtı, həmçinin Məkkə inzibati rayonunun ən iri şəhəri hesab olunur. Ciddə Beynəlxalq Hava Limanı (JED) turist və zəvvarların əsas tranzit məntəqələrindən biri sayılır.

Ciddəyə reyslər həftənin cümə axşamı və bazar günləri biznes və ekonom salonlu, komfortlu “Airbus A320” laynerləri ilə yerinə yetiriləcək.

Regionda unikal hesab ediləcək Ciddəyə birbaşa reyslər “Azərbaycan Hava Yolları”nın digər reysləri ilə rahat calanacaq.

Bu nüfuzlu Britaniya agentliyi “Skytrax”in qiymətləndirməsinə əsasən, postsovet məkanında ən yaxşı hava limanı adlandırılmış Heydər Əliyev Beynəlxalq Aeroportu vasitəsilə Avropa və MDB ölkələrindən rahat tranzit uçuşlar planlaşdırmaq imkanı verəcək.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:  

(+99412) 598 88 80;

*8880

E-mail: [email protected]

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri