17 
Apr
2017
20:47
296
50
4855
Virtual karabakh

Gürcüstan rekord sayda turist qəbul edəcək

17 Apr, 2017
20:47
4855

Gürcüstan rekord sayda turist qəbul edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarşıdan gələn yay mövsümündə Gürcüstana rekord sayda turistin gəlməsi gözlənilir. Bununla əlaqədər olaraq yerli hökumət orqanları, həmçinin, əhali hazırlıq işlərinə başlayıb.

Oxu.Az-ın məlumatına görə, Fins.az Gürcüstan mediasına istinadən xəbər verir ki, ölkənin istirahət regionlarında işçilərin kvalifikasiyasının artırılması prosesi aparılır. Tədbirlər Gürcüstan Turizm Administrasiyasının rəhbərliyi altında keçirilir. 

Məlumat üçün bildirək ki, ötən il Gürcüstana 6 milyon 360 min 800 nəfər əcnəbi turist gəlib. 2016-cı ildə Gürcüstana ən çox azərbaycanlılar səfər ediblər.

Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı 1 milyon 523 min 75 nəfər olub. 

Artıq 2017-ci ilin ilk 3 ayı ərzində Gürcüstana 1 milyon 266 min 100 əcnəbi turist səfər edib ki, bu da ötən illə müqayisədə 11,4% çoxdur. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri