24 
Apr
2017
18:40
24
151
3428
Virtual karabakh

Ticarət festivalı çərçivəsində milyonlar xərclənib

24 Apr, 2017
18:40
3428

Ticarət festivalı çərçivəsində milyonlar xərclənib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 10-dan 23-dək Bakı Ticarət Festivalı çərçivəsində alınmış mallara görə 172 obyektdə 8358 elektron vergi hesab fakturası tərtib edilib, onlardan da 7902-si Vergilər Nazirliyinin ƏDV köşklərində təsdiqlənib.

Oxu.Az-ın məlumatına görə, nazirlikdən APA-ya verilən məlumata görə, təsdiqlənmiş hesab fakturaların 7397-si Azərbaycan vətəndaşları, 505-i isə əcnəbilər tərəfindən təqdim olunub.

Həmin hesab-fakturalar üzrə ümumi dövriyyə məbləği (alınmış malların ümumi məbləği) 6 mln. 313,2 min manat, alıcılara qaytarılmalı məbləğ isə 612,97 min manat təşkil edib. Bu məbləğin 595 min manatı malın alındığı gün alıcıya nağd qaydada qaytarılıb.

Sözügedən dövr ərzində mal alarkən ticarət festivalını deyil, “Tax free” sistemini seçmiş əcnəbilərə ümumi məbləği 829,97 min manat olan 449 elektron vergi hesab fakturası təqdim olunub, başqa sözlə, həmin dövr ərzində əcnəbilərə ƏDV-nin qaytarılması məqsədilə ümumi məbləği 1 mln. 211,1 manat olan 954 elektron vergi hesab fakturası verilib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri