28 
Apr
2017
10:20
127
25
2053
Virtual karabakh

Əcnəbi bələdçilərin Azərbaycana gəlişi məhdudlaşdırıla bilər

28 Apr, 2017
10:20
2053

Əcnəbi bələdçilərin Azərbaycana gəlişi məhdudlaşdırıla bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycana səfər edən turistlərin özləri ilə əcnəbi bələdçi gətirməsinin qarşısını almaq üçün qanunvericilikdə müəyyən dəyişiklik etmək olar”.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bunu  Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.

Onun sözlərinə görə, hazırda əsasən, ərəb turistləri Azərbaycana gəldikdə özləri ilə bələdçi gətirirlər: “Əcnəbilərlə bələdçilərin gəlməsi halları axın formasında deyil. Amma müəyyən zamanlarda bu hallar müşahidə edilir. Bu bələdçilər bəlkə də turistlərə abidələrimiz, tarixi yerlərimiz haqqında düzgün olmayan, fərqli məlumat verirlər?! 

Ona görə də qanunvericilikdə qeyd olunmalıdır ki, bələdçilər akkreditasiyadan keçib kart aldıqdan sonra bələdçilik edə bilərlər. Əgər bələdçinin akkreditasiya kartı yoxdursa, onun bələdçilik etməyə səlahiyyəti yoxdur”.

A.İsmiyev bildirib ki, hazırda Azərbaycanda bələdçi kimi fəaliyyət göstərmək istəyən şəxslərin hamısı Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən akkreditasiyadan keçirilir.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri