May
2017
16:23
161
115
5325
Virtual karabakh

Deputat “halal hotel”lərdən danışdı: Hotel kolbasadır ki?

2 May, 2017
16:23
5325

Deputat “halal hotel”lərdən danışdı: Hotel kolbasadır ki?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycana gələn turistlərə viza verərkən diqqətli olmaq lazımdır”.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentdə “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, turist adı ilə kimə gəldi viza verilməsi düzgün deyil: “Bu gün dünyada nələr baş verdiyini hamımız görürük”.

S.Novruzov deyib ki, turist adı ilə 5-10 nəfər gəlib birlikdə mənzil kirayələyib qalırlar: 

“Ancaq orada nə niyyətlə, necə qalırlar, heç kim bilmir. Evi verən heç onların pasportlarının surətini də tələb etmir”.

S.Novruzov, həmçinin bildirib ki, ölkədə yeni bir qəribə hal yaranıb: “İndi də “halal hotel” reklam edirlər. Reklam edirlər ki, filan hotel halaldır. Belə çıxır ki, digərləri haramdır? Bir vaxtlar kolbasanı halal adı ilə reklam edirdilər. Hotel kolbasadır ki?”.

Vitse-spiker Ziyafət Əsgərov isə bildirib ki, Azərbaycana gələn turistlər ilə bağlı təhlükəsizlik baxımından narahatlığa əsas yoxdur: “Turistlər gələrkən Dövlət Sərhəd Xidmətində, Miqrasiya Xidmətində qeydə alınırlar. Amma təbii ki, ayıq-sayıq olmalıyıq”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri