12 
May
2017
11:00
94
21
5259
Virtual karabakh

Bodrumda tarixçəsi Kapridə başlayan “Il Riccio Beach House” hoteli açılıb – FOTO

12 May, 2017
11:00
5259

Bodrumda tarixçəsi Kapridə başlayan “Il Riccio Beach House” hoteli açılıb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Il Riccio Beach House” Bodrumda yeni hotel olsa da, təqdirəlayiq keçmişə malikdir. Onun yaradılmasına bir neçə kreativ qüvvə yönləndirilib. Faktiki olaraq bu hotel İtaliyanın Kapri adasında onilliklərlə uğurlu şəkildə həyata keçirilən iki əfsanəvi layihənin sintezidir. Onlardan biri Hollivudun məşhurlarının istirahət üçün seçdikləri məkan “Capri Palace Hotel & Spa” hotelidir, burada Leonardo Di Kaprionu və ya Qvinet Peltrounu görmək mümkündür.

Diqqətlə baxsaq, “Il Riccio Beach House” əslində “Capri Palace”ın kiçildilmiş variantıdır. İtaliyanın cənub memarlığına xas olan ağ divarlar, Amalfi yaxınlığında istehsal edilən keramik döşəmələr, Paoli Sandulinin işləri olan dəniz qızları - bunların hamısı Bodrumda və Kapridə var.

Qonaqlar üçün cəmi 10 lüks otaq var! Amma bu otaqlar “Capri Palace”ın yeni nömrələrinin dizaynını təkrarlayıb: ağ-mavi, açıq balkonlu, üzərində ayaqyalın gəzməkdən həzz alacağınız amalfitan döşəmələr. 

“Сapritouch” – “Capri Palace” hotelinə məxsus dəbli brendin adıdır. Qızlara Kapridə hazırlanmış iri rəngli bijuteriyalı yay ayaqqabıları yaxşı məlumdur, əslində “Capritouch”un əsas kartı da elə budur (əlbəttə ki, “Il Riccio Beach House” hotelində bu markanın butiki mövcuddur). Bundan başqa, yüksək keyfiyyətli materialdan hazırlanmış yüngül yay geyimləri, yataq dəsti, dəsmallar və mətbəx avadanlığı da mövcuddur. Hotelin bütün nömrələri “Capritouch”un yataq dəsti və dəsmalları ilə təchiz edilib. 

“Il Riccio” restoranında isə əl ilə boyanmış qablarda yemək təqdim edilir. Bu restoran Kapridə 1950-ci illərin sonundan 1960-cı illərin əvvəlinə qədər məşhur idi. Kapridə istirahət edən italyan və beynəlxalq ulduzların “ağır artilleriyası” bura baş çəkməyi özünə borc bilirdi. Onun cazibədar olmasına səbəb isə adanın əsa bəzəyi olan Lacivərd mağarasının yaxınlığında yerləşməsi idi. Həm də restoranın nəzdində çimərlik klubu mövcud idi, burada çimərək, günəş vannası qəbul edərək, soyuq kampari içərək bütün günü keçirmək olardı. Digər səbəb isə mətbəxdə idi, onun sirli sadəliyi qonaqları bura yenidən qayıtmağa məcbur edirdi.

“Il Riccio” – ənənəvi şəkildə hazırlanmış, amma nəfis hazırlanmış təzə dəniz məhsulları deməkdir. Yeməklərin dadı o qədər fərqlidir ki, sanki hər bir təamın hazırlanması etalondur. XXI əsrdə restoran “Capri Palace” hoteli tərəfindən satın alındıqdan sonra aşpaz Andrea Milyaçço yeməklərin hazırlanma qaydalarını elə bir səviyyəyə çatdırdı ki, “Il Riccio” restoranı Michelin ulduzu aldı. Bu gün üçün həm “Capri Palace Hotel & Spa”, həm də “Il Riccio Beach House Bodrum” hoteli “Mytha Hotel Anthology” mehmanxana şirkətinə daxildir.

Milyaçço – beş Michelin ulduzuna sahib olan yeddi restorana kuratorluq edən qrupun brend-şefidir. Bodrumda mətbəxi o, şəxsən rezident-şef Covanni Kayatstso ilə birgə qurub və bu mətbəx Kapridə qəbul edilmiş keyfiyyət səviyyəsinə müvafiqdir. Hətta italyan desertlərinin olduğu və hər kəsin məhdudiyyət olmadan istədiyini götürə biləcəyi “şirnikləndirmə otağı” da Bodrumda birə bir təkrar edilib. 

Restoran, spa və fitnes-mərkəzi, açıq hovuzu, kaskadlı bağı, limanlı çimərlik klubu olan ağ saray tam italyan üslubundadır. Bodrumdakı “Il Riccio Beach House” hoteldən çox şəxsi villaya bənzəyir. Bəlkə də burada toy və təntənəli tədbirlərin keçirilməsinin səbəbi budur. İtalyan həyatının ixracı isə Aralıq dənizində fəal şəkildə inkişaf edən “Mytha Hotel Anthology” qrupu sayəsində mümkündür. Hazırda onun portfoliosunda İspaniya, İtaliya, Xorvatiya və Türkiyədə yerləşən 7 hotel daxildir, bu hotellərdən beşi “The Leading Hotels Of The World”  assosiasiyasına daxildir. 

“Mytha Hotel Anthology” idarəçi-direktoru Ermanno Dzanini Bodrumdakı layihənin necə yarandığından danışıb.  

– Bodrumdakı “Il Riccio Beach House” hoteli ilə “Mytha Hotels Anthology”nin digər hotelləri ilə ümumi cəhətləri nədir?

– “Mytha Hotel Anthology” – unikal layihələrin kolleksiyasıdır, bizim üçün hər birinin DNT-si qiymətlidir. Hotelin yerləşdiyi məkanın mədəniyyəti, tarixi və təkrarolunmaz təbiəti layihələrimizi xüsusi edir. Bodrumdakı “Il Riccio Beach House” – məhz belə layihələrdəndir. Burada həm də zamana boyun əyməyən Aralıq dənizi ruhu, həyat tərzi var, bu isə “Mytha Hotel Anthology” üçün çox vacibdir. Həyatınızın hər anını dəyərləndirdiyiniz, emosional təcrübəniz bizim “Zamanı Aralıq dənizində hiss et” sloqanımızda ifadə edilib. Bodrumdakı “Il Riccio Beach House” hotelinə gəlin və haqlı olduğumu özünüz yoxlayın. 

– Bodrumdakı “Il Riccio” ideyası nədən ibarətdir?

– Bodrum – kosmopolit şəhərdir. O, çoxmillətli auditoriyanın maraqlarını əks etdirir, bura hamı üçün rahatdır. Biz sivilizasiyanın toxunmadığı məkanı gördükdə yeni “Il Riccio” hotelimiz üçün doğru məkan olduğunu və İtaliyanın sərhədlərindən kənarda yeni pərəstişkarlar tapa biləcəyimizi anladıq. Bu gözəl diyara İtaliya həyat tərzini təklif edə biləcəyimiz zamanın gəlib çatdığını anladıq!

– İlk olaraq nədən başladınız?

Sizcə bütün dünyadan olan insanlar İtaliyada nəyi bəyənir? Qastronomiya! Hoteli açmazdan bir il öncə biz restoranın açılışından başladıq. Təzə ərzaqlardan hazırlanmış sadə yeməklər hamını cəlb edir. Bu  Anakapridə məşhur olan “Il Riccio” restoranının “Michelin” ulduzunu almasına səbəb olan keyfiyyətdir. Biz ideal dəniz mətbəxinin nə olduğunu bilirik. Təcrübəmizi niyə də bölüşməyək? Biz layihəni beynəlxalq etmək qərarına gəldik. Hazırda “Il Riccio” artıq “D Maris Bay” (Türkiyə) hotelində fəaliyyət göstərir, sentyabrda Dubayda, oktyabrda Mayamidə açılacaq. 

– Qastronomiyadan başqa “Il Riccio” İtaliyaya məxsus olduğunu əks etdirən cəhət hansıdır?

Biz Bodrumda, həmçinin “Capri Palace Hotel & Spa” hotelini və onun bir hissəsi olan “Il Riccio” restoranını məşhur edən qonaqlara fərdi xidmət təcrübəmizi tətbiq etmişik. Yerli həmkarlarımızı 10 lüks nömrənin, spa və çimərliyin İtaliyada etdiyimiz kimi qayğısına qalmağı öyrətmişik.

Layihə Anakapridə “Il Riccio” layihəsi üzərində çalışan memara həvalə edilib. Bu interyer də Aralıq dənizinin və İtaliyanın ruhunu əks etdirir, yüksək keyfiyyətli, xüsusi və zövqlə seçilmiş elementlər buna xidmət edir. Ən əsası isə qonaqlar burada istirahətlərinin hər anından zövq alacaq və onu tam olaraq yaşayacaqlar! 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri