16 
May
2017
10:55
157
70
3176
Virtual karabakh

Heydər Əliyev Beynəlxalq Hava Limanında ağacəkmə aksiyası keçirilib

16 May, 2017
10:55
3176

Heydər Əliyev Beynəlxalq Hava Limanında ağacəkmə aksiyası keçirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 15-də Heydər Əliyev Beynəlxalq Hava Limanında “Azərbaycan Hava Yolları”nın satılan aviabiletlərin sayına görə ağac əkilməsini nəzərdə tutan genişmiqyaslı aksiyasının birinci mərhələsi həyata keçirilmişdir.

Ümumilikdə, mayın 3-dən 10-dək AZAL-ın kassalarında və rəsmi agentliklərində, həmçinin aviaşirkətin saytı vasitəsilə təxminən 25 min bilet satılmışdır. 

Pilotlar, təyyarə bələdçiləri, Aviasiya Təhlükəsizliyi İdarəsinin əməkdaşları və digərləri də daxil olmaqla “Azərbaycan Hava Yolları” QSC-nin bütün bölmələrinin əməkdaşları Heydər Əliyev Beynəlxalq Hava Limanında ağacəkmə aksiyasına qoşulmuşdur.

“Azərbaycan Hava Yolları” tərəfindən bu kimi aksiyalar respublikanın bütün hava limanlarında həyata keçirilir.

Biz bir daha diqqəti ölkəmizin və ümumilikdə planetimizin ekologiyasına mənfi təsir göstərən meşə və yaşıllıqların qırılması kimi aktual problemə yönəldirik.

Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən meşə ehtiyatlarının artırılması və ətraf mühitə qayğıkeş münasibət göstərilməsinə yönəldilmiş bu cür təşəbbüslər davam etdiriləcək. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri