19 
İyn
2017
16:24
7
226
8139
Virtual karabakh

Bölgələrdəki istirahət mərkəzlərində qiymətlər bahalaşıb

19 İyn, 2017
16:24
8139

Bölgələrdəki istirahət mərkəzlərində qiymətlər bahalaşıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qafqazinfo” bölgələrdəki hotel və istirahət mərkəzlərinin 2017-2018-ci illər üzrə qiymətlərini araşdırıb.

Oxu.Az sayta istinadən xəbər verir ki, kənd evlərində qiymətlər ucuz olsa da, hotellərin təklif etdiyi rəqəmlər xeyli yüksəlib. 

Xızıda yerləşən Altıağac  “Cənnət Bağı”  istirahət mərkəzində ötən il 2 nəfər üçün səhər yeməyi daxil  birotaqlı nömrələr 55-80 AZN, ikiotaqlı nömrələr isə 100 AZN təşkil edirdisə, hazırda ən aşağı qiymət 80 manatdan başlayır. Lüks otaqların qiyməti isə 170-240 AZN arasında dəyişir.

Analoji hal Qubada yerləşən “Bərpa SPA Mərkəzi”ndə də müşahidə olunur. 2 nəfərlik birotaqlı nömrələrin qiyməti 60 yox, 80 AZN-dən başlayır.

Qaxda fəaliyyət göstərən “El Resort” otelində 2 nəfərlik birotaqlı nömrənin qiyməti 158 manata təklif edilir. Ötən illərdə isə bu qiymət 90-110 manat arasında dəyişirdi.

Nabranda “Ober-lux” istirahət və əyləncə mərkəzində əvvəl 3 dəfə yemək daxil bir gecəlik xidmətdən 55 AZN-ə yararlanmaq olurdusa, hazırda həmin məbləğə yalnız səhər yeməyi daxildir.

Müxtəlif bölgələrdə bir gecəlik qiymətlər isə aşağıdakı kimi dəyişir:

Naftalan sanatoriyası: 30 manat

Şəki Cənnət bağı: 50 manat

Quba istirahət mərkəzi: 20-40 manat

İsmayıllı rayonunun müxtəlif kəndlərində 5-10 nəfərlik evlər kirayə verilir. Burada da qiymət 60-100 manat arası dəyişir. Lahıc qəsəbəsində isə ailələrin qala biləcəyi evlər 30-40 manat təşkil edir.

Altıağacda günlük evlər adambaşına 5 manatdır. 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri