23 
İyn
2017
11:58
37
194
4467
Virtual karabakh

Bakı bahalı şəhərlərin sırasında

23 İyn, 2017
11:58
4467

Bakı bahalı şəhərlərin sırasında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri bahalılığına görə dünya reytinqində 182-ci yerdə qərarlaşıb.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-ın Nyu-York şəhərində yerləşən “Mercer” beynəlxalq konsaltinq şirkəti dünyanın 5 qitəsi və 209 şəhəri arasında apardığı reytinq araşdırmasında bildirib. 

Hesabata əsasən, 2017-ci ilin bahalılıq indeksi üzrə lideri Anqolanın paytaxtı Luanda şəhəridir.

İlk onluğa həmçinin Honq-Konq, Tokio (Yaponiya), Sürix (İsveçrə), Sinqapur, Seul (C.Koreya), Cenevrə (İsveçrə), Şanxay (Çin), Nyu-York (ABŞ) və Bern (İsveçrə) daxildir.

Moskva reytinq sıralamasında 14-cü, Dubay 20-ci, London 30-cu, Sankt-Peterburq 36-cı, İstanbul 142-ci, Kiyev 163-cü, Almatı 175-ci yerdə qərarlaşıb. Ermənistan paytaxtı siyahıda 195-ci, Tbilisi 204-cü, ən ucuz 3 şəhər isə Skopye (Makedoniya), Bişkek (Qırğızıstan) və Tunis seçilib.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri