29 
İyn
2017
18:03
185
36
3676
Virtual karabakh

Türkiyə ərəb turistlərin xərclərindən razı qalıb

29 İyn, 2017
18:03
3676

Türkiyə ərəb turistlərin xərclərindən razı qalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəyə 2017-ci ildə 3,5 milyon ərəb turistin gəlməsi gözlənilir.

Oxu.Az xəbər verir ki, bunu Ərəb Türk İş Adamları Dərnəyinin (ARTİAD) sədri Cəmaləddin Kərim bəyan edib. O bildirib ki, əgər orta statistik qərbli bir ailə Türkiyədə 700 dollar xərcləyirsə, ərəblər 3 min dollar xərcləyirlər.

O, son 3 ildə Türkiyəyə 7 milyon ərəb turistin gəldiyini deyib. 

Onu da qeyd edək ki, bu ilin may ayında Türkiyəyə səfər edən xaricilərin sayı 2016-cı ilin may ayı ilə müqayisədə 16.27 faiz artıb və 2 milyon 889 min 873 nəfər təşkil edib.

2017-ci ilin yanvar-may aylarında isə bu rəqəm 2016-ci ilin yanvar-may ayı ilə müqayisədə 5.55 faiz artıb. Bu dövrdə Türkiyəyə gələn xaricilərin sayı 8 milyon 762 min 509 nəfər təşkil edib.

Türkiyəyə may ayında ən çox turist göndərən ölkə Rusiya olub. Statistikaya görə, may ayında Rusiyadan Türkiyəyə 608 min 472 nəfər ziyarətçi gəlib.

İkinci sırada 295 min 7 nəfərlə  Almaniya, üçüncü sırada 235 min 462 nəfərlə Gürcüstan yer alıb. 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri