30 
İyn
2017
12:16
9
118
3148
Virtual karabakh

Xarici turlar niyə bahalaşıb?

30 İyn, 2017
12:16
3148

Xarici turlar niyə bahalaşıb?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən ilin may ayı ilə müqayisədə bu ilin analoji dövründə xarici turların qiyməti 4.5 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsinin açıqladığı son məlumatlara görə, turların qiymətlərində yanvarda 0,1% artım, fevralda 2,5% azalma, martda 5,9% artım və apreldə 11,7% azalma qeydə alınıb. Ölkə daxilində turlar isə yanvarda 1,3% bahalaşsa da, daha sonra qiymətlər sabit qalıb.

Turların bahalaşmasının səbəblərini FİNS-ə açıqlayan turizm şirkətlərindən birinin xarici əlaqələr üzrə meneceri Ülfanə Mahmudova deyib ki, qiymət artımına bir neçə amil təsir edib.

Əsas səbəblərdən biri mövsüm amili ilə əlaqədardır. Belə ki, yay fəslinin başlaması xaricə üz tutanların sayının artmasına da təsir edib. Biletlərin sürətli satıldığını görən aviaşirkətlər qiymətləri artırırlar.

Ülfanə Mahmudova qeyd edib ki, son 3 ildə aviabiletlər nəzərə çarpacaq dərəcədə bahalaşıb. Həmçinin, manatın devalvasiyası və avronun bahalaşması da qiymətlərə təsir edib.
Məsələn, ötən ilin yay aylarında  Dubaya aviabilet 200 manatdan başlayırdı. Bu il isə bu rəqəmlər 300-400 manata yüksəlib. Bundan əlavə, 2016-cı ildə  yayda İstanbula aviabilet  sifarişi 320 manat təşkil edirdisə,  eyni biletin qiyməti indi 380 manatdan başlayır.
Avropanın ucuz uçuşlar təşkil edən  aviaşirkəti  WizzAir də qiymətləri kəskin artırıb. Məsələn, ötən ilin eyni dövründə ən bahalı bileti 150 avroya almaq olardısa, indi həmin bilet 2 dəfə bahalaşaraq 300 avro olub.  

Ülfana Mahmudova bildirib ki, bununla belə aviabiletlərin bahalaşması xaricə səfər edənlərin sayına təsir etməyib.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri