İyl
2017
23:20
21
99
8719
Virtual karabakh

Xarici ölkələrə səfər etmək üçün turpaket alanların diqqətinə – VİDEO

2 İyl, 2017
23:20
8719

Xarici ölkələrə səfər etmək üçün turpaket alanların diqqətinə – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici səfərə çıxmaq üçün hotel və təyyarə bileti bron etdirən zaman diqqətli olun.

Oxu.Az xezerxeber-ə  istinadən bildirir ki, ucuzluğuna görə aldığınız tur paketlər səfərə bir neçə gün qalmış ləğv etdirdiyiniz halda pulunuzun itirilməsinə səbəb ola bilər.

Turizm üzrə mütəxəssis Rəhman Quliyev bildirir ki, son günlər belə müraciətlərin sayı artıb. Vətəndaşlar ucuz olsun deyə geri qaytarılmayan tur paketləri seçirlər və uçuşa az qalmış bu paketdən imtina etmək istəyirlər. Belə olduqda isə onların pulunun bir hissəsi itkiyə gedir. Bunun qarşısını almağın yolları var.

Qaytarıla bilən tur paketlərin qiyməti digərlərindən 10-30 dollara qədər baha olur.
Bir çox ölkələrdə bir-birinin yaxınlığında yerləşən eyni səviyyəli hotellərdə qiymət fərqi böyük olur. Əgər belə hotelləri, səyahət edən şəxs özü rezervasiya edirsə, bu zaman həmin mehmanxanalar haqqında turizm saytlarında edilən şərhlərə baxmaq mütləqdir.

Rəhman Quliyev bildirir ki, mövsümlə əlaqədar səyahət şirkətləri də artıb və bunlarda bəziləri müştəriləri aldadaraq pullarını mənimsəyirlər. Səyahətə çıxmaq istəyən müştəri diqqətli olmalıdır.

Bir çox şəxs, adətən, ildə bir dəfə tətilə çıxır. Bu tətilin xoş keçməsi üçün diqqətli olmaq və deyilənlərə əməl etmək məsləhətdir.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri