İyl
2017
11:16
74
17
2545
Virtual karabakh

Nazirdən “ASAN viza” ilə bağlı yeni xəbər

4 İyl, 2017
11:16
2545

Nazirdən “ASAN viza” ilə bağlı yeni xəbər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaxın gələcəkdə Azərbaycanda “ASAN viza” sistemi təkmilləşdirilərək, viza istəyən şəxsə 3 saat ərzində elektron viza veriləcək. Bu sistem yalnız hava limanında deyil, digər gömrük-keçid məntəqələrində də tətbiq ediləcək.

Oxu.Az xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranın vitse-prezidenti, Mədəni İrs Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Zəhra Əhmədipur ilə görüşündə deyib.

Qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə “ASAN viza” sistemi tətbiq edilməyə başlanıb ki, bu da iranlı turistlərin Azərbaycana səfərlərini asanlaşdırıb. Artıq İranın istənilən şəhərindən Azərbaycana səfər etmək istəyən şəxsin Tehrana gəlib konsulluğa müraciət etməsinə ehtiyacı qalmayıb. Hər bir kəs internet vasitəsilə viza almaq imkanına malikdir.

L.Ə.

www.oxu.az 

 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri