11 
İyl
2017
11:30
131
16
1793
Virtual karabakh

Küveyt aviaşirkəti Azərbaycana uçuşları bərpa edir

11 İyl, 2017
11:30
1793

Küveyt aviaşirkəti Azərbaycana uçuşları bərpa edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Küveytin “Wataniya Airways” aviaşirkəti Azərbaycana uçuşları bərpa edir. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, aviaşirkət Azərbaycan da daxil olmaqla, Tbilisi (Gürcüstan) və Sarayevoya (Bosniya və Herseqovina) olan uçuşlarını bu həftədən etibarən yerinə yetirməyə hazırlaşır.

Qeyd edək ki, ilk uçuş iyulun 11-də Tbilisiyə reallaşdırılacaq.

“Report”un Heydər Əliyev Beynəlxalq Hava Limanından əldə etdiyi məlumata görə, Bakıya uçuşların yerinə yetirilməsi iyulun 12-dən etibarən başlanılacaq. Belə ki, təyyarə 15:40-da Bakıya gələcək, 16:25-də Bakıdan uçacaq. Növbəti uçuşlar iyulun 15-də (13:20/14:15) və 19-da (12:10/12:55) həyata keçiriləcək. Uçuşun müddəti 2 saat davam edəcək.

Qeyd edək ki, Bakıdan Küveytə gediş-dönüş aviabiletinin (“ekonom” sinfi) qiyməti təxminən 450 dollar (766 manat) təşkil edir.

Xatırladaq ki, “Wataniya Airways” maliyyə vəziyyətinin pisləşməsi və Yaxın Şərqdə yaranmış siyasi sabitsizliklə əlaqədar 2011-ci ildən uçuşlarını dayandırmalı olub.

Hazırda şirkətin kapitalının həcmi 10 mln. dinar (33,01 mln. dollar) təşkil edir. Aviaşirkət kapitalının uçuşlar yeniləndikdən sonra 20 mln. dinara çatacağını gözləyir.

“Wataniya” sərnişinlərə “Airbus A320s” təyyarəsi ilə xidmət göstərir və Misir, BƏƏ, Livan, İordaniya, İran, Hindistan, Pakistan və Avropa olmaqla, 16 istiqamətə uçuşlar yerinə yetirməyi planlaşdırır. Ekspertlərin fikrincə, “Wataniya” rəqibləri - “Kuwait Airways” və “Jazeera Airways”lə rəqabətə girməli olacaq.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri