12 
İyl
2017
12:23
238
10
8307
Virtual karabakh

Azər Qərib Azərbaycanın ayaqyolu problemindən yazdı: Xəcalət çəkirəm...

12 İyl, 2017
12:23
8307

Azər Qərib Azərbaycanın ayaqyolu problemindən yazdı: Xəcalət çəkirəm...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda turizmin inkişafına ən böyük maneələrdən biri də şəhərlərarası yollarda ayağyoluların olmaması, olanların isə bərbad vəziyətdə olmasıdır”.

Bu fikirlər tanınmış jurnalist,  bloqer, səyyah Azər Qəribə məxsusdur.

Oxu.Az-ın məlumatına görə, Məşhur “Oralar” layihəsilə dünyanı gəzən səyyah daxili turizmin ən yaralı mövzusuna toxunub.  

O, problemin ciddiliyini, bərbad və natəmiz vəziyyətdə olan ayaqyolu üzündən xarici qonaqlarının yanında xəcalət çəkdiyini dilə gətirib: “Bu dağlı-meşəli zonada kişilər heç olmasa bir təhər çarə tapırlar, xanımlar isə əziyət çəkir. Lağlağı mövzusuna oxşayır, amma ciddi deyirəm. Neçə dəfə olub, Qəbələdən qonaqlarla qayıdanda, xəcalət çəkmişəm”.

A.Qəribov iş adamlarının tualet biznesindən uzaq qaçmasının səbəbinə çox maraqlı aydınlıq gətirib: “O gün bu haqda söhbət düşdü, dostlarla oturmuşuq, biri qayıtdı ki, ay filankəs, imkanın da var, bəs niyə bir 20-30 dənə sivil, təmiz, səliqəli pullu ayağyolu açmırsan trass boyunca, suyu, sabunu, lavandalı fıs-fıs, farfor aftafa filan, gör nə qədər para qazanarsan. Dedi, “Yox, mən bunu heç vaxt etmərəm, hərçənd problemin olmağını inkar etmirəm. Çünki sonra vedrə bağlayan xalqımın içində bu ömürlük ləqəbim olacaq; Hansı filankəs? Tualet filankəs!”

Zülfiyyə Qurbanova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri