17 
İyl
2017
11:38
170
60
3145
Virtual karabakh

Rusiyalı turistlər Bakını seçir

17 İyl, 2017
11:38
3145

Rusiyalı turistlər Bakını seçir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı istiqamətində satılan biletlərin payı iki dəfə artıb.

Rusiyalı turistlər üçün ən populyar istiqamət avqust ayında da Antalya olacaq.  

Oxu.Az xəbər verir ki, bu barədə Lenta.ru-nun müxbiri ilə söhbət zamanı “Tutu.ru” turizm servisinin ekspertləri bildiriblər. 

İkinci və üçüncü pillələrdə Tel-Əviv və İstanbuldur. Dördüncü yerdə Moskva-Seul marşrutudur. İlk beşliyin sonuncu pilləsində Nyu-York qərarlaşıb. 

Yaxın xarici ölkələr seqmentində ilk beşlikdə Kişnyov, Tbilisi, Bakı, Bişkek və Batumi yer alır. Uçuşun ortalama qiyməti 2016-cı ilin avqust ayında olan göstəricilərdən 10 faiz ucuzdur. Bakı istiqamətində satılan biletlərin payı iki dəfə artıb. 

İyunda rusiyalı turistlər üçün populyar istiqamətlərin Burqas (Bolqarıstan), Antalya (Türkiyə), Soçi, Simferopol və Larnaka (Kipr) olduğu barədə məlumat yayılmışdı. 

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri