17 
İyl
2017
13:15
75
25
1490
Virtual karabakh

Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı açıqlandı

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi  2017-ci ilin ilk 5 ayında (yanvar-may) ölkəyə gələn turistlərin statistikasını açıqlayıb. 

Oxu.Az xəbər verir ki, hesabat dövründə Türkiyəyə Rusiya, Almaniya, İraq, Venesuela, Sinqapur, Hollandiya, Avstraliya, və Meksika daxil olmaqla, 100-dən çox ölkədən 8 milyon 762 min 509 turist gəlib. 

Bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 5,55 faiz artım deməkdir. 

Turistlərin milliyyətinə gəlincə, ilk sıranı yenə ruslar zəbt ediblər. Bu ilin ilk 5 ayında Rusiyadan Türkiyəyə 928 min 376 nəfər turist gəlib. 

Gürcüstandan 874 min 955, Almaniyadan  863 min 572, Azərbaycandan 243 min 421, İraqdan 239 min 996 turist Türkiyəyə səfər edib.

Gələn turistlərin 10.59 faizini ruslar, 9.99 faizini gürcülər, 9.86 faizini almanlar təşkil edib. 

L.Ə.

www.oxu.az 

 

Digər Turizm xəbərləri