20 
İyl
2017
16:12
92
37
9192
Virtual karabakh

İsmayıllıda kənd evləri – QİYMƏTLƏR

20 İyl, 2017
16:12
9192

İsmayıllıda kənd evləri – QİYMƏTLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxt Bakıdan elə də uzaq olmayan və istirahət üçün əlverişli yerlərdən biri də İsmayıllı rayonu hesab olunur. Burada qonaqlara hotellərlə yanaşı, kənd evləri də təklif olunur.
İstirahət etmək istəyənlərin bura maraq göstərməsi İsmayıllının təbiəti ilə yanaşı, paytaxtdan cəmi 151 kilometr aralıda olması ilə bağlıdır.

Oxu.Az FİNS-ə istinadən xəbər verir ki, İsmayıllıda kənd evlərinə gəlincə, burada, əsasən, 3 kənddə - Cülyan, Buynuzdağ və Kanagahda kənd evləri var. Evlər 1 mərtəbəli, 2 mərtəbəli və villalardır.

2 otağı və bir zalı olan evlərdə qonaqlamaq 50 manatdır. Bundan başqa, 3 və 4 otaqlı evlər də var. Bu cür evlərdə qonaqlamaq isə 80-100 manatdır. Evin hansı kənddə olması qiymətə təsir etmir.

Yalnız evin şəraiti və otaq sayına görə qiymətlər dəyişir. Bundan başqa, qonaqlar üçün villalar da təqdim olunur. Villalarda bir gün qonaqlamaq isə 150-200 manatdır. Bu cür evlərdə hovuz da olur.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri